•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

"Neft Fondu manatın devalvasiyasından milyardlar qazanıb" - Qubad İbadoğlu

"Ötən il Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 5,9 milyard ABŞ dolları və yaxud 9,4 milyard manat səviyyəsində olub”.

Bu barədə məlumatı iqtisadçı, alim Qubad İbadoğlu "facebook" səhifəsində yazıb.

Qubad İbadoğlu yazır ki, 2015-ci ildə ARDNF-nin gəlirləri 7,6 milyard ABŞ dolları və ya 7,7 milyard manat təşkil edib: "Göründüyü kimi, 2015-ci ilə nisbətən 2016-cı ildə ARDNF-nin gəlirləri dollar ifadəsində 1,7 milyard azalsa da, manat ifadəsində əskinə 1,7 milyard artıb. Bunun başlıca səbəbi manatın orta illik məzənnəsinin 2015-ci illə müqayisədə ötən il yüksək olmasıdır. Belə ki, Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, ötən ilin dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata) bərabər olub".

İqtisadçı daha sonra qeyd edir ki, göründüyü kimi, neft hasilatının azalması, onun dünya bazar qiymətinin ucuzlaşmasından olan itkiləri Dövlət Neft Fondu manatın devalvasiyası hesabına nəinki kompensasiya, hətta məzənnə fərqindən manatla əlavə qazanc əldə edib:

"Nəzərə alsaq ki, ötən il ARDNF-yə daxilolmalar əsasən daxildə istifadə olunub. Bir sözlə manatla xərclənib. Belə olanda da dünya bazarında neft qiymətlərinin ucuzlaşması səbəbindən gəlirlər dollar ifadəsində azalsa da, milli valyutanın devalvasiyasının hesabına Dövlət Neft Fondu büdcə xərclərini tam maliyyələşdirə bilib. Belə ki, ötən il 9,4 milyard manatlıq büdcə gəlirlərinə malik olan ARDNF-nin xərcləri 9 milyard manat təşkil edib. Bu tendensiyanın bu ildə də davam etəcəyi real görünməsə də, yenə də çox şey neftin dünya bazar qiymətlərindən və manatın devalvasiyasından asıldır”.

Qubad İbadoğlunun fikrincə, manatın məzənnəsinin ucuzlaşması valyuta satışına görə bazarda hökmran satışa malik olan ARDNF-nin maraqlarına birbaşa xidmətdədir: "Onun daxili iqtisadiyyata yönələn büdcə xərcləri üzrə öhdəliklərinin icrasına kömək edir. Əks təqdirdə cari il üçün Dövlət Neft Fondunun büdcə kəsirinin onun xərclərində payı 50 faizi ötə bilər. Əgər bazarda valyuta satışı tək əldən idarə olunursa, manat təklifi isə Mərkəzi Bankın əlahiddə inhisarındadırsa, onda konyuktur məzənnə və buxovlayıcı monetar siyasətlərinin şəxsi, ortaq və korporativ biznes maraqlarına malik olan məşhur 3-lük (Mərkəzi Bank, Maliyyə Nazirliyi, ARDNF) tərəfindən yalnız məhdudlaşdırıcı fiskal siyasətlə uzlaşdırıldığı halda baş verən iqtisadi proseslər və onların nəticələri azad sahibkarların və istehlakçıların maraqlarına zidd olacaq. Bu səbatsız siyasət iqtisadiyyatın daha da kiçilməsini, qeyri-neft sektorunun və onun ixracatının inkişafından qalmasını, işgüzar aktivliyin sönməsinı daha da sürətləndirəcək”.

BakiPost
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube