•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Sabah Bakıda qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Shefeq.az-a verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 1-3° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 80-90% təşkil edəcək.

ETSN tibbi-meteoroloji xəbərdarlıq da edib. Nazirlikdən bildirilib ki, yanvarın 28-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu əksər insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə görə, hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube