•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Shefeq.az-a verilən məlumata görə, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı, axşama doğru sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gündüz bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.

Xəbərdarlığa görə, yanvarın 22-si gündüzdən 23-ü gündüzədək əsasən şimal və şərq rayonlarında yağış, sulu qar, qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube