•  – Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 
  •  – İlham Əliyev: Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir 
  •  – Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi 
  •  – İnam Kərimovdan YENİ TƏYİNATLAR 

Gecə vaxtı kənd təsərrüfatı texnikaları, əsasən də traktorlar yolda hərəkət etməməlidir


Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımının əməkdaşları İsmayıllı rayonu ərazisindən keçən respublika əhəmiyyətli yollarda piyadalar, mal-qara, kənd təsərüffatı texnikaları və küçə ticarəti ilə bağlı təhlükəsizliyin təmin edilməsi mövzusunda mariflənmə xarakterli tədbir keçirib. BDYPİ-nin YPXA-nın 4-cü taqımının əməkdaşları, şəhər və kənd bələdiyyə sədrləri, sürücülər, müəllimlər, şagirdlər və yerli sakinlərin iştirak etdiyi tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Toplantıda BDYPİ-nin YPXA-nın 4-cü taqımının baş leytenantı Aqşin Osmanov çıxış edərək keçirilən bu tədbirin BDYPİ-nin rəhbərliyi tərəfindən keçirilən müşavirə zamanı yol hərəkəti təhlükəsizliyinin təmini və hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarətin gücləndirilməsi məqsədi ilə verilən tövsiyə və tapşırıqlardan sonra təşkil olunduğunu bildirib. Maarifləndirici əhəmiyyət kəsb edən bu tədbirdə əsasən xidməti ərazidə baş verən yol nəqliyyat hadisələrinin səbəbləri və şəraiti, yaşayış məntəqələrində piyadaların hərəkəti, mal-qaranın nəzarətsiz və müəyyən olunmayan yerdən ötürülməsi, kənd təsərrüfatı texnikalarının gecələr yollarda hərəkəti və digər məsələlər müzakirə olunub.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun göstərişi ilə magistral yollara yaxın ərazilərin sakinləri ilə keçirilən bu görüşün əhəmiyyətindən danışan Aqşin Osmanov bildirib ki, bu sahədə maarifləndirmə işi daha da geniş aparılmalıdır: "Bu tədbirdə iştirak edən məktəblilər və onların valideynləriburada eşitdikləri barədə öz qohumları, dostları arasında maarifləndirmə işi aparsınlar ki, piyadalar avtomobil yoluna çıxarkən ehtiyatlı olmalıdır. Mal-qaranı yoldan keçirərkən təhlükəsizliyə riayət etmək lazımdır. Yağışlı havada və gecə vaxtı insanın görmə məhdudiyyəti azalır. Piyadalar gecə vaxtı qara paltar geyinərək yolda hərəkət edir və bu da avtomobil işığının təsirini azaldır, sürücü piyadanı görməyərək qəza törədir. Piyadavurmalar əksər hallarda buna görə baş verir. Yolun ərazisində küçə ticarəti ilə məşğul olmaq və hərəkətə mane olmaq yolverilməzdir. Əksər hallarda sürücülər avtomobili yüksək sürətlə, sərxoş halda və təhlükəsizlik kəmərini taxmadan idarə edirlər və qəzalar baş verir. Gecə vaxtı kənd təsərrüfatı texnikaları, əsasən də traktorlar yolda hərəkət etməməlidir. Təbii ki, İsmayıllı kənd təsərrüfatı rayonudur. Amma traktorçu fikirləşməlidir ki, onun traktorunun qoşqusunun arxasında işığın biri yoxdur, traktorun dövlət qeydiyyat nömrə nişanı yoxdur, onun üzərindəki işıqlandırma sistemi nasazdır və qaranlıq vaxtı işıqlanmayan ərazidə yola çıxaraq hərəkət edir. Belə texnikalar yollarda ən dəhşətli nəqliyyat hadisələrinə səbəb olur. Sahibkarlara məlumat veririk ki, köhnə traktorları hava qaralandan sonra yoldan uzaqlaşdırsınlar. Traktor respublika əhəmiyyətli magistral avtomobil yollarında hərəkət etməməlidir. Onlar kənd təsərrüfatı texnikası olduğu üçün alternativ olaraq kəndarası yollardan istifadə edərək hərəkət etməlidir. Bundan əlavə ötmə-manevr qaydalarının pozulması nəticəsində baş verən yol qəzalarına daha çox rast gəlirik. Biz qadağan olunmuş yerdə ötmə əməliyyatını pozub əks zolağa çıxan sürücülərə qarşı mübarizə aparırıq. Bir sürücü qəflətən çıxır qarşı yola və bu yoldakı digər avtomobillə üz-üzə gəlir. Qayda pozan sürücü həmin anda ya qarşıdakı avtomobili yoldan çıxarmalıdır, ya da onunla toqquşmalıdır. Nəticədə yaralı və ölüm halları baş verir. Həmçinin, y ol ayrıcılarında baş verən nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də özünə güvənməkdir. Sürücülər özünə güvənərək nəqliyyat vasitələrini idarə edirlər və qəflətən baş yola çıxırlar. Onlar fikirləşir ki, baş yolda gələn avtomobil ona yol verəcək. Lakin, gələn həmin avtomobilin sürücüsü də fikirləşir ki, yol bunundur və nəticədə onların iştirakı ilə hadisə baş verir”.

Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Sonda ictimaiyyət nümayəndələri kənd sakinləri adından görüşün təşkil olunmasına görə DİN BDYPİ-nin rəhbərliyinə minnətdarlıq ediblər.

                                                                                                                                                     







 

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube