•  – Rəhim Qazıyevdən Elçibəyə sui-qəsd ittihamına CAVAB: “Pənah Hüseyn özünü bu hökumətə sırımaq üçün...” 
  •  – Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! 
  •  – 11 min nəfərə ŞAD XƏBƏR - Prezident 7,8 milyon manat ayırdı 
  •  – Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər – Gürcü keşişlər ərazidən qovuldu – FOTOLAR 

Şəhid Fikrət Bəşirov dəfn edilib

Dörd gün əvvəl şəhidin qız övladı dünyaya gəlib

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulması zamanı şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlunun Astara rayonunun Şahağacı kəndində dəfn mərasimi başlayıb.

Shefeq.az Report-a istinadən xəbər verir ki, şəhidin tabutu bir neçə saat əvvəl Şahağacı kəndindəki evlərinə gətirilib.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu F.Bəşirovv müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Qeyd edək ki, dörd gün əvvəl şəhidin qız övladı dünyaya gəlib. O, Fizuli istiqamətində şəhid olub.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube