•  – Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 
  •  – İlham Əliyev: Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir 
  •  – Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi 
  •  – İnam Kərimovdan YENİ TƏYİNATLAR 

"SAXTA TORPAQ CİZGİSİ" verən Binə Qəsəbə Sədri Tahir Əliyev "Get kimə istəyirsən de"

Bir müddət əvvəldə saytımızda xəbər getdi ki, Azərbaycanda Xəzər rayonunda bir qrup vəzifədə oturan dələduz əhalini aldadaraq saxta sənədlər verirlər.
Bu saxtakar qruplaşma ,,peşəkarlıqla,, işlədiklərini zənn edərək, Xəzər rayonu Binə qəsəbə sakinlərinə əzab əziyyət verməkdən başqa heç birşey bilmirlər. Ölkədə vətəndaşların sosial müdafiəsi və mənzil şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlər görülsə də, Xəzər rayonunda bəzi məmurlar bu vəziyyətdən sui-istifadə etməklə məşğuldur. Vətəndaşlar qanunla ayrılmış torpaq sahələrini almaq üçün illərlə süründürülür, nəzərdə tutulan torpaq sahələri it-bata düşür və sair. Buna səbəb isə həmin ərazilərə nəzarət edən məmurlarıın tamahı və şəxsi maraqlarıdır. Hüquqlarını bilməyən bəzi vətəndaşlar məmurlar tərəfindən hədə yolu ilə, sıxışdırımaqla süründürülür.Xəzər Rayon İcra Hakimiyətində Rayon Təsərüfatı Şöbəsinin Memarı Tural Zeynalov çıxışında bir daha təsdiq etdi ki, sənəd saxtakarlığına yol verib. Doğrudur saxta sənəd verdiyini təsdiq etmir. Əsas odur ki, Binə qəsəbəsi Hövsan Südçülük Sovxozu Abşeron Rayon İcra Hakimiyyətinin ərazisidir. Buradan bir sual yaranır bəs həmin əraziyə Tural Zeynalov necə sxem verə bilib? Çox düşündürücü bir sualdır. Yaxşısı budur ki, Tural Zeynalovun şəxsən özündən bu haqda danışdıqlarını dinləyək... ÜMUMİ FAKTLARLA SAXTAKARLIQ ETDİYLƏRİNİ TƏSDİQ EDİRLƏR.

Çox maraqlıdır görəsən Xəzər Rayon İcra Hakimiyətində Rayon Təsərüfatı Şöbəsinin Memarı Tural Zeynalova bu boyda səlahiyyətləri verən kimdir?Binə qəsəbəsində torpaqla bağlı problemli məsələni mütləq ciddi şəkildə məhkəmə qaydasında araşdırılmasına başlanmalıdı: Yoxsa kasıb vətəndaşların çoxu da, aldana bilər bu şəxslərə. Həmin şəxslər Xəzər rayonu Binə qəsəbəsi üzrə nümayəndəsi Tahir Əliyev, İcra numayəndəliyində mühəndis işləyən Həmzə, Xəzər Rayon İcra Hakimiyətində Rayon Təsərüfatı Şöbəsinin Memarı Tural Zeynalov, Xəzər Rayon İcra Hakimiyətinin Muavini Vaqif Həsənovdur. Bu şəxslər Abşeron Rayon İcra Hakimiyyətinə məxsus olan Hövsan Südçülük Sovxozunun ərazi torpaqlıarında yaşayan dinc kasıb sakinlərin qanuni torpaq sənədlərini əsasız hesab edərək zor gücü ilə Xəzr rayon İcra Hakimiyyətinin tabeciliyinə məxsus olduğunu öz əməlləri ilə deyirlər. Əgər həmin torpaqlar Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətində deyilsə bəs Xəzər rayonunda Binə Qəsəbə numayəndəliyində həmdə, Xəzər rayonu Binə Bələdiyyəsində Torpağın kartası niyə yoxdur? Bəs hansı əsasnan hansı ərazidə hansı vətəndaşın torpağı var və neçə sotdur onu necə müəyyən edirlər bu şəxslər? Binə Qəsəbə Nümayəndə Sədri Tahir Əliyev bildirir ki, torpaq kartasını mən işlədiyim müddətdə bu idarədə görməmişəm.  Tahir Əliyevdən soruşduqda ki, bəs torpağın sxemini (cizgini) necə verirsiniz? Bəs necə təyin edə bilirsiniz ki, həmin Hövsan Südçülük Sovxozu ərazisində olan hansı torpaq sahəsi kimindir və onu necə müəyyən edirsiniz? bütün bu suallara Tahir Əliyev özünə məxsus "QEYRİ QANUNİ YOLLA" cavab verdi... Demək həmin ərazidə yaşayan vətəndaş mənə muraciət etdikdə mən gedirəm ya onlara, yada ki, hər hansı bir yerdə əgər ki o yerdə kompyuter və internet varsa bax o komputer vasitəsi ilə internetdən "GOOGL" istifadə edərək həmin torpağın cizgisini açıram və həmin vətəndaşa deyirəm ki, gör burada hansı tərəfdə yerləşir sənin torpağın? Vətəndaşda mənə öz ərazisini komputer vasitəsi ilə göstərir məndə onun göstərdiyi yeri printerdən çıxardıram və təsdiq edirəm öz imzamla və Dövlətin mənə etibar etdiyi inanıb verdiyi həmin möhür vasitəsilə. Bu zaman belə bir sualda yaranır Tahir muəllim bəs ola bilər ki, həmin vətəndaş sizə ya yalan deyə bura mənimdir yada ki anlayışı olmaz ümumiyyətlə o sxemdən bəs o zaman necə edirsiz? Tahir Əliyevin cavabı belə oldu ki, hə o, zaman vətəndaşla gedirəm vətəndaşın dediyi torpaq ərazisinə vətəndaş ona məxsus ərazini göstərir və deyir ki, bura mənimdir. Əsas vətəndaşın dediyidir mənim üçün önəmli. Yenədə imza çəkib peçat vururam həmin sxemə və sonrad həmin sxem Xəzər rayon İcra Hakimiyətində Rayon Təsərüfatı Şöbəsinin Memarı Tural Zeynalov tərəfdən təsdiqlənir. Buradan bir sual yaranır ki, görəsən Tahir Əliyev haqlıdırmı? Düşünürəm ki, Tahir Əliyevin dediyi kimi olsa bəs torpağın xəritəsi nəyə gərəkdir? Niyə bu vaxta qədər həmin xəritəni tələb etməyiblər? Bütün bu suallar Tahir Əliyev tərəfdən tezliklə cavablandırılacağ. Demək istəyirəm ki, Tahir muəllim artıq bəsdirin insanların qururu ilə oynadınız. ƏSLİNDƏ YERLƏŞMƏ SXEMİNİ QƏSƏBƏ NÜMAYƏNDƏLİYİ VERİR İCRA HAKİMİYYƏTİ TƏSDİQLƏYİR. SİZDƏ TORPAĞIN XƏRİTƏSİ OLMADAN BUNU AXI NECƏ ETMƏK MÜMKÜNDÜR? AXI NƏ SİZİN İDARƏDƏ NƏ BƏLƏDİYYƏDƏ YOXDUR O, XƏRİTƏ. "Əgər burada böhtan varsa, böhtançı cəzasını almalıdır, həqiqət varsa, bu işdə əli olanlar cəzalandırılmalıdır. Yalnız sözlə inkar etməklə Xəzər rayonunun üzərinə düşən kölgəni, rayonun nüfuzuna dəyən zərbəni aradan qaldırmaq mümkün deyil. Buna görə də bu saxta sənəd çıxarışına hüquqi cavab olmalıdır”.

İcra başçısının sərəncamı saxtalaşdırılıb...

Paytaxt Bakının ən yaxın yaşayış massivlərindən olan XƏZƏR rayonunun Binə qəsəbəsində də bu cür problemlər yaşanmaqdadır. Qəsəbədə sakinlərin torpaq sahələri biabırçılıqla əllərindən alınıb. Bəli, qəsəbə məmurları sakinlərə ayrılan torpaq sahələrini hətta onların əlindən almaqdan belə çəkinmir. Redaksiyamıza müraciət edən Bİnə qəsəbəsi sakini Mahir Cəbiyevin də torpağı əlindən zorla alınaraq digər bir vətəndaşa saxta sənədlə verilib. Torpaq sahəsi qanuni ayrıldığından Mahir Cəbiyev 0.8 hektar torpaq sahəsini daş hasara alaraq torpaqdan bir müddət istifadə edib. 2014-cü ilə qədər torpaq sahəsinə heç bir iddia olmayıb. Amma, elə iş də 2014-cü ildən sonra başlanıb. Yəni, torpaq sahəsinin başqa şəxsə verilməsi barədə saxta qərar çıxarılaraq ərazi Mahir Cəbiyevdən alınıb. Elə həmin vaxt məlum olub ki, qəsəbə məmurları adıçəkilən ərazini başqa şəxsə satıb: Amma sonradan məlum oldu ki, Xəzər rayonu icra nümayəndəliyinin məmurları İcra Hakimiyyətinin muavini Vaqif Həsənov və Xəzər rayon İcra Hakimiyyətinin Rayon Təsərüfatı Şöbəsinin Memarı Tural Zeynalov Xəzər rayonu Binə qəsəbə sakini Mahir Cəbiyevi aldadıblar.Bu rayonun İcra Hakimiyyəti Başçısı Gülağa İslamovun muavini Vaqif Həsənov qardaşlarına güvənərək Xəzər rayonunda istədiyini edir. Amma onun da dirənə biləcəyi yerlər varmış. Və çox təəccüblüdür ki, həmin dirəndiyi yer heç də yüksək mənsəb sahibləri və ya qurumları deyil. Bununla bağlı Jurnalist arşdırmamız davam edir. Amma Vaqif Həsənovun, Tural Zeynalovun Tahir Əliyevin və bununla yanaşı eyni zamanda Həmzə adlı mühəndisin bu yaxınlarda başını ağrıdacaq çox ciddi bir hadisənin olacağı gözlənilir. Bu şəxslərin başını ağrıdacaq əsas məqam satılmış torpaqlara görə verilən bir çox sərəncamların saxta olmasının üzə çıxa biləcəyidir.
P.S. Yaxın günlərdə «sənəd» verdiyi ərazilərlə bağlı geniş məlumat verəcəyik.Maraqlı məqamlardan biri də odur ki, qanunvericiliyə əsasən bələdiyyələr torpağı hərrac yolu ilə sata bilərlər. İddia olunur ki, Binə qəsəbəsində satılmış torpaqlara görə verilmiş sərəncamların bəziləri saxtadır Araşdırmaçı Jurnalist olaraq bunu deyə bilərəm ki, ölkədə yüksək vəzifəli məmurları PREZİDENT təyin edir vəzifəyə və PREZİDENT tərəfdən təyin olunmuş vəzifəsindən süi istifadə edən məmur PREZİDENTİN muvafiq tapşırıqları əsasında da tutduğu vəzifə səlahiyyətlərindən uzaqlaşdırılır. Bununla bağlı Xəzər rayonu İcra Hakimiyyətində olduq. Xəzər rayonu İcra Hakimiyyətində Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsini Müdiri Tahirə Rzayevanın sözlərinə görə Binə qəsəbəsində Hövsan Südçülük Sovxozu Xəzər rayonunun tabeçiliyndə deyil ABŞERON RAYON İCRA HAKİMİYYƏTİNİN TABEÇİLİYİNDƏDİR. 
Sözü gedən aparatın işçisi bir daha vurğuladı ki, Xəzər rayon Təsərufat Şöbəsinin Müdiri Abşeron Rayonu Hövsan Südçülük Sovxozunun ərazisindəki torpaqlara heç bir sənəd verə bilməz. Əgər belə bir şey olsa bu haqda Xəzər Rayon İcra Hakimi Gülağa İslamov tərəfdən tapşırıqlar və mühüm göstərişlər veriləcəkdi. Bu Hovsan Südçülük Sovxozu haqda bizə heç bir qanuni göstərişlər verilməyib. Bununla bağlı Abşeron rayon İcra Hakimiyyətinə gedsəniz daha yaxşı olar XƏZƏR RAYONU İCRA HAKİMİYYƏTİNDƏ SƏNƏDLƏRLƏ və VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ İLƏ İŞ ŞÖBƏSİNİN MÜDİRİ TAHİRƏ RZAYEVA bildirdi.Buradan belə bir sual yaranır...Bəs necə olur ki, XƏZƏR RAYONU TƏSƏRUFAT ŞÖBƏSİNİN MÜDİRİ TURAL ZEYNALOV Abşeron Rayon İcra Hakimiyyətinin ərazisinə daxil olan Hövsan Südçülük Sovxozundakı torpağa sahə sxemi verə bilir. Çox maraqlı sualdır elə deyilmi? Ümid edirəm ki, bu suala tezliklə Tural Zeynalovun özü cavab verəcək. Bəlkədə bu sual cavabsız qalacaq nə bilmək olur bəlkə də, etiraf edəcək ki, qruplaşmada onunda əli var. Yaxşısı budur özündən cavab istiyək.
Mahir Cəbiyev bildirir ki, məsələ ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə müraciət edib. Lakin, yerli məmurlar müraciətin rayonun icra başçısı Gülağa İslamova çatmasına imkan vermir: "Şikayətlərim aşağıda cırılıb atılır, başçıya çatmasına imkan vermirlər. Bilirlər ki, iş böyüsə, onların başqa maxinasiyaları da üzə çıxacaq. Ona görə də, məni hər dəfə bir adla aldadırlar ki, şikayət etməyim". Lakin, saxta sənəd köhnə tarixlə rəsmiləşdirilib: Mən nə qədər 0.8 hektar torpağım üçün sahənin sxemini tələb etsəm də, sənədi vermirlər. Nə icra nümayəndəsi sənədi mənə verir, nə bələdiyyə. Həmişə eyni sözü deyirlər ki ərazinin kartası bizdə yoxdur bizə ümumiyyətlə karta verilməyib. Bilirlər ki, sənəd saxtadır və bu sənəd araşdırılsa heç bir hüquqi əsası yoxdur. Bu yolla Xəzər rayon məmurları məni aldadır, get-gələ salır".Mahir Cəbiyev deyir ki, Binədə onun kimi onlarla insan aldadılıb və torpaq sahəsi saxta sənədlərlə əlindən alınıb başqa adamlara satılıb. Hazırda onlarla ailə qanuni mülkiyyətindən çıxarılıb. Səbəb isə Binə qəsəbə məmurlarının torpaq maxinasiyası və rüşvətxorluğudur. Çarəsiz qalan Mahir Cəbiyev məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edib. O dövlət başçısından pozulmuş mülkiyyət hüququnun bərpa olunmasını və özbaşına məmurların saxtakarlığı barədə tədbir görülməsini istəyir: "Möhtərəm prezidentimiz İlham Əliyev daim ölkə vətəndaşlarının, imkansızların hüquqlarının qorunması üçün tədbir görüb, insanların sosial rifahının yaxşılaşdırılmasına çalışıb. Cənab prezidentdən xahiş edirəm ki, Xəzər rayonu Binə qəsəbəsində korrupsiyalaşmış məmurlar barədə də tədbir görsün. Son ümidim prezidentədir".P.S Xatırladım ki, Bu il yanvarın 27-də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə Sosial İqtisadi İnkişafı Dövlət Proqramı”-nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib: "Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur munasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə dənümünəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər. Onlar xalqın xidmətçiləridirlər. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm.
Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə ciddi tədbirdə görülür, işində ciddi nöqsanlara yol verən məmurlar cəzalandırılır və bundan sonrad etimadı doğrultmayan məmurlar bundan sonrada cəzalandırılacaqlar. Məmurlar xalqın xidmətçiləridir, onların oturduqları kabinetlərin qapıları xalqın üzünə açıq olmalıdır. Onlar xalq üçün çalışmalı, sıx ünsiyətdə olmalıdırlar. Ölkə rəhbəri prezident İlham Əliyev çıxışında vurğulayıb.Mən bir jurnalist olaraq bildirirəm ki, çox yaxşı haldır ki, ölkə rəhbəri Azərbaycandakı faktiki vəziyyət barədə dəqiq məlumata malikdir və zənnimcə, ölkə rəhbəri prezident cənab İlham Əliyevin bu çıxışı bəzi məmurlar üçün son olacaq. 
Saxta sənəd tərtibatında əlbir olmuş bir qrup şəxs barəsində ilginc məlumatların ortalıqa çıxarılması üçün ciddi şəkildə JURNALİST TƏHQİQATI aparılır. Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik. XƏZƏR RAYON İCRA HAKİMİYYƏTİNİN RƏHBƏRLİYİNDƏN və əlaqədar şəxslərindən isə araşdırmamıza yardımçı olmağı xahiş edirik. Məqalədə adları çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətlərini dinləməyə hazırıq....(təfərrüatı növbətı məqaləmizdə)
Mövzünu Diqqətdə Saxlayacağıq.

Araşdırmalarımız Davam Edir.
Qarşı tərəfi də dinləməyə hazırıq

realnewsinfo



Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube