» » Ailə, qadın və uşaqların Hicran Hüseynova problemi...

Cəmiyyət / Sosial

Ailə, qadın və uşaqların Hicran Hüseynova problemi...

Və yaxud Dövlət Komitəsi nə ilə məşğul olur?


Mehriban Zeynalova: "Bir çox məsələlərdə komitə susqunluq nümayiş etdirib”

On yaşlı Nurayla bağlı sosial şəbəkələrdə yayılan video ölkədə böyük rezonans doğurub.Paylaşılan görüntülərdə azyaşlının məhkəmə qərarı ilə xalasından alınaraq zorla atasına verilməsi əks olunub.Uşağın xalasından alınaraq atasına verilməsi zamanı atası və məhkəmə icraçıları tərəfindən açıq zorakılıq halları da ciddi müzakirələrə yol açıb.Ümumiyyətlə, bu tip olaylar Azərbaycanda kifayət qədərdir. Sadəcə olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi buna bənzər hadisələrin mövcudluğundan xəbərsizliyini nümayiş etdirməmək üçün belə olayların Azərbaycanda yaşanmamasını bəyan edir. 

Dəfələrlə uşaq zorakılıqlarına, qadın qətllərinə, ailə münaqişələrində zərər çəkənlərin problemlərinin həll olunmamasına biganəlik göstərirlər.Bir sözlə, fəaliyyətsizliklərini fəaliyyətlərində büruzə verirlər. 10 yaşlı Nurayın məsələsində olduğu kimi... Faktiki olaraq bu məsələ indi ictimailəşsə də, problemin kökü illərdir ki, mövcuddur.Ola bilməz ki, komitənin bu məsələdən əvvəlcədən xəbəri olmasın və ya Nurayın ailə üzvlərindən kimsə ailədə olan problemlərlə bağlı komitəyə üz tutmasın.Hər halda bu kimi olaylar ölkədə çox olub və adıçəkilən komitənin fəaliyyəti isə hər zaman susqunluqları ilə yadda qalıb.

Komitədən hesabat tələb edilirmi?

Qeyd edək ki, qadın zorakılığı, yetkinlik yaşına çatmayan uşaqların intiharları, ailə münaqişəsi və boşanmalar zamanı uşaqlara dəyən mənəvi ziyanlar, azyaşlıların təcavüzə məruz qalmaları və bu kimi olaylar Azərbaycanda rekord həddə çıxıb. Sadalanan problemlərdə birbaşa məsuliyyət daşıyan, fəaliyyətini bu istiqamətdə qurmalı olan, daim müəyyən problemləri olan qadınlar və uşaqlarla işləməli olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yarıtmaz siyasətindən ağızdolusu danışsaq, yazsaq da bu qurum fəaliyyətsizliyi ilə yenə də gündəmdədir. Qurumun adından da görünür ki, komitə birbaşa olaraq qadın, ailə və uşaq problemlərini araşdırmaq və həll etmək səlahiyyətindədir.Amma komitənin fəaliyyət mexanizmi tamamilə bu problemlərdən uzaqdır. Qurum bu tip problemlərin kökünə nəinki biganə qalır, hətta məsələdən yayınmaq məqsədilə belə müraciətləri üzərindən atır. Özü həll etməli olduğu məsələləri qeyri-hökumət təşkilatlarının boynuna qoyur və müraciət edənləri də həmin qurumlara yollayır. Beləliklə də bu qurum bütün fəaliyyətini il ərzində susqunluq üzərində qurur. Dövlət büdcəsindən kifayət qədər maliyyə yeyən komitənin yarıtmazlığı özünü bütün aidiyyatı məsələlərdə büruzə verməkdədir.Nə ilin sonunda görmüş olduqları işlərlə bağlı hesabatları təqdim edirlər, nə də onlardan bu hesabatları tələb edənlər var. Ölkədə isə problemli uşaqların, qadınların və ailələrin sayı bitib-tükənmək bilmir. Əgər Azərbaycanda on ayda 10 min boşanma olursa , 9 ay ərzində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanırsa və bu ay ərzində zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı isə 27 nəfərə çatırsa, bir ay ərzində 25-ə yaxın uşaq intihar edə bilirsə, demək həyəcan təbili çalmağın vaxtı çoxdan bitib. Həmin problemlərin baş verməməsi və qarşısının alınmasından ötrü Komitə konkret olaraq ciddi iş ortaya qoya bilmir. Əksinə, bu tip olaylar baş verən zaman komitə sərsəm açıqlamalarla gündəmə gəlir.Bir- iki cümləlik özünə sərfedici formada izahatmı deyək, açıqlamamı ifadə edək, bəyan edir və gözdən itir. Görəsən, mediada zaman-zaman uşaqların hüquqlarının pozulması, zorakılığa və təcavüzə uğramaları, qadınların qətlə yetirilməsi ilə bağlı hadisələrə biganəlik nümayiş etdirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsl vəzifəsi, məqsəd və məramı nədən ibarətdir? Uzun illərdən sonra komitə yuxusuzluğuna son verib, oyanacaqmı?
Ekspertlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ləğv olunmasını daha məqsədəuyğun hesab edirlər. Çünki aidiyyatı üzrə məsələləri həll etməyən qurumun boş-boşuna mövcud olmalarını məqbul hesab etmirlər.Onsuz da, ölkədə onların işini görəcək bir çox qeyri-hökumət təşkilatları var. Həmçinin, bu qurum mövcud olmasa, cəmiyyətin də bu istiqamətdə gözləntiləri olmayacaq.

"Təmiz Dünya” Qadınlara Yardım İctimi Birliyinin rəhbəri Mehriban Zeynalova qadın, uşaq, eləcə də ailə problemləri ilə bağlı ölkədə baş verən bütün məsələlərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən reaksiya verilməsini vacib hesab edib: "Bəli, bir çox məsələlərdə komitə susqunluq nümayiş etdirib. Amma bəzi məsələlərdə susqunluğun özündə də müsbət tərəf var. Ümumiyyətlə, hər hansı məsələ ilə bağlı reaksiya və ya məlumatı yaymaq lazımdır.Tələsik reaksiyalar bəzən ziyanlı olur.Amma mən razıyam ki, üç gün deyil, hətta üç ay bitsin, amma reaksiya verilsin.Bu məsələdə mətbuat xidməti varsa, o dərhal reaksiya verməlidir.Yəni, onlar formalaşdırmalıdırlar ki, ictimaiyyət bununla bağlı məlumatlandırılmalıdır.İctimaiyyət məlumat almayanda isə belə yalnış kampaniyalar və addımlar atılır”.


Cebhe.info
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa