» » Cavid Qurbanov işıq pulunu ödəmir

Cəmiyyət / Kiçik Manşet

Cavid Qurbanov işıq pulunu ödəmir

"Azərişıq” ASC-nin tabeliyində olan "Mingəçevir REŞ” MMC (Regional Elektrik Şəbəkəsi) "Azərbaycan Dövlət Dəmir Yolları” QSC-ni məhkəməyə verib.

Məhkəmə çəkişməsinə səbəb QSC-nin şəbəkəyə böyük məbləğdə borclu olmasıdır. Borcun dəqiq məbləği açıqlanmasa da, şikayətə artıq birinci məhkəmə instansiyasında baxıldığı bildirilir: "İşə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb. Lakin qərar tərəflərin mübahisəsinə son qoymayıb. Daha doğrusu, Cavid Qurbanovun rəhbərlik etdiyi qurum məhkəmənin qərarı ilə razılaşmadığından, apellyasiya şikayəti verib”.
Məlimata görə, şikayət artıq Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub: "Yanvar ayının 12-də hakim Cahangir Yusifovun sədrliyi ilə "Mingəçevir REŞ” MMC-nin ”Azərbaycan Dövlət Dəmir Yolları” QSC-yə qarşı debitor borcun ödənilməsindən bəhs edən iddiası üzrə prosesə start veriləcək”.

afn.az
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa