» » “Türk Hava Yolları”na böyük məbləğdə zərər dəyib – RƏQƏMLƏR

Cəmiyyət / Sosial

“Türk Hava Yolları”na böyük məbləğdə zərər dəyib – RƏQƏMLƏR

“Türk Hava Yolları” (THY) aviaşirkətinin İstanbula yağan güclü qar səbəbindən son 4 gündə 1000-dən çox uçuşu ləğv etdiyi bildirilib


Shefeq.az-ın məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən THY 15 min nəfəri hotellə təmin edib, 40 min nəfərə isə qida yardımı paylayıb. 

Nəticədə, THY-nın son 4 gündə uğradığı zərərin həcmi 100 mln. lirəyə (28 mln. ABŞ dolları) çatıb. 

Bir çox təyyarəni başqa hava limanlarına endirməyə məcbur qalan THY-nın zərəri təyyarələrin havada dövr edərək əlavə yanacağ sərf etməsi səbəbindən daha da artıb. 

THY-nın zərər etməsi İstanbul Fond Birjasında onun səhmlərinin qiymətinə də mənfi təsir edib. Belə ki, dünən, yanvarın 9-da THY-nın səhmləri 4,87% ucuzlaşıb.

Qar səbəbindən THY-nın 2017-ci ilin ilk rübünü hətta zərərlə tamamlanması gözlənilir.

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa