•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

"Arzumuz, xəyallarımız baş tutmadı" - Rəşad Atakişiyevin həyat yoldaşı

“Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı”.

Shefeq.az-ın məlumatına görə, bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimindən sonra mərhumun həyat yoldaşı Könül Hüseynova jurnalistlərə açıqlamasında deyib.
O, dünyasını dəyişən həyat yoldaşının mərd, gözəl və vətənpərvər bir insan olduğunu söyləyib:
“Mərd, vətənpərvər, gözəl insan idi, pak hislərlə yaşayırdı. Onun iki gül balası da Rəşadın adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər”.
K.Hüseynova axtarış qrupuna da öz minnətdarlığını bildirib:
“Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq. Hava şəraiti bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik”.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube