•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Şabrandakı dəhşətli yanğın Qubaya keçdi - İH və nazirlikdən AÇIQLAMA

Quba və Şabran rayonlarında baş vermiş yanğın hadisəsi müvafiq dövlət qurumlarının nəzarəti altındadır.
Shefeq.az xəbər verir ki, bunu Trend-ə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanlar Heybətov bildirib. Onun sözlərinə görə, yanğın bu gün səhər saatlarında başlayıb:
“Yanğın səhər saat 08 radələrində Şabran rayonunda başlayıb, daha sonra Quba ərazisinə keçib. Hazırda icra və bələdiyyə nümayəndələri, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədirlər”.
İcra Hakimiyyəti rəsmisi bildirib ki, yanan meşəlik ərazi deyil:
“Yanğın bələdiyyənin kol-kos sahəsində qaratikan adlanan ağacların çox olduğu yerdə qeydə alınıb. Həmin ərazi keçilməz yer olduğundan yanğınsöndürmə işləri vaxt aparacaq. Xoşbəxtlikdən xəsarət alan olmayıb”.
***
Şabran və Quba rayonu sərhədindəki ərazidə başlanan yanğın meşə ərazisi deyil.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, həmin ərazi bələdiyyə fonduna aiddir: “Yanğın baş verən ərazinin meşə fonduna aidiyyəti yoxdur. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə cəlb edilib, yanğının meşə ərazisi və digər sahələrə keçməsinin qarşısını almağa çalışırlar”.
Xatırladaq ki, bu gün səhər saatlarında Quba və Şabran rayonlarının sərhədində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları əraziyə cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Quba rayonunun İdrsili kəndi yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube