» » Təcili tibbi yardım avtomobillərinə kameralar quraşdırılacaq

Cəmiyyət / Səhiyyə

Təcili tibbi yardım avtomobillərinə kameralar quraşdırılacaq

“Bakıda fəaliyyət göstərən təcili tibbi yardım avtomobillərin qarşısına və salonuna kameralar quraşdırılacaq”


Shefeq.az Report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlər üzrə baş həkimin müavini Murad Mirzəzadə qurumun yekun hesabatına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzən yollarda digər avtomobillər təcili yardım maşınına yol verməməsi çağırış yerlərinə getməkdə yubanmaya səbəb olur: 

“Bunu nəzərə alaraq təkliflər hazırlanaraq Səhiyyə Nazirliyinə və Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. Təkliflərdə təcili yardım maşınlarının qarşısında kameranın quraşdırılması, onların onlayn rejimdə işləməsi, zəruri və ehtiyac yarandığı halda təcili yardım maşınına yol verməyən avtomobilin nömrəsinin qeydə alınaraq Dövlət Yol Polisinə (DYP) göndərilməsi məsələsi yer alıb”.
 
M.Mirzəzadə bildirib ki, həmin maşınların sahiblərinə hansı cəza tədbirlərinin görülməsi ilə bağlı DYP qərar verəcək: 

“Yollarda təcili yardım maşınları üçün əlavə zolaqların salınması müvafiq qurumlar tərəfindən verilə bilər. Yəni bu, bizim səlahiyyətimizə aid deyil. Ümumilikdə ötən il ərzində yalançı çağırışların sayı ötən illərlə müqayisədə azalıb. Çünki zəng vurulan nömrə qeydiyyata alınır və ciddi nəzarət olunur”.

Baş həkim vurğulayıb ki, təcili yardım avtomobillərin salonunda da kameraların quraşdırılması nəzərdə tutulur: 

“Bəzən əhali tərəfindən həkimlərə, orta tibb işççilərinə təzyiq edilir. Həmin kamera vasitəsilə həkimin xəstəyə necə yardım göstərməsi və digər hallar qeydə alınacaq. Təcili yardım maşınına xəstənin yaxınlarından biri buraxılır. Əgər narazı hallar olsa, kamera görüntülərinə baxılacaq və şikayətlər araşdırılacaq”.

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa