•  – Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür 
  •  – XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇILQLAMA YAYDI 
  •  – "Dövlət bayrağı haqqında" qanuna dəyişiklik edilir 
  •  – Prezident daha bir Xalq artistinə mənzil hədiyyə etdi - FOTO 

Maşından natəmiz və qida üçün yararsız olan ət aşkarlandı - FOTO

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Növbəti belə tədbirlər iyulun 10-da və 11-də Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Ağdam və Ağdaş rayonları ərazilərində keçirilib.

Shefeq.az Trend-ə istinadən xəbər verir ki, Ağdam rayonu ərazisində Ağcabədi rayon sakini A.Nəsibovun idarə etdiyi "VAZ-21074" markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 175 kiloqram, Ağdaş rayonu ərazisində isə Mingəçevir şəhər sakini M.Mehdiyevin idarə etdiyi "QAZ-3110" markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan 200 kiloqram ət məhsulu aşkar edilərək götürülüb.


Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.
Maşından natəmiz və qida üçün yararsız olan ət aşkarlandı - FOTO
Maşından natəmiz və qida üçün yararsız olan ət aşkarlandı - FOTO
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube