•  – Milli Qurtuluş Günü - Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol 
  •  – Eks-nazir Səlim Müslümov yeni vəzifəyə TƏYİN OLUNDU 
  •  – Prezidentdən yeni sərəncam - 5,7 milyon manat ayrıldı 
  •  – DİQQƏT! Prezident sərəncam imzaladı 

Bakıda yeni metro stansiya istifadəyə veriləcək - BU TARİXDƏN

"Bakı Metropoliteni"nin "Bənövşəyi xətt" üzrə tikilməkdə olan, şərti olaraq "B3" adlandırılan stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur".

Shefeq.az "Report"a istinadla xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.


H.Məmmədovun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.

"B3” metro stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.

Qeyd edək ki, "Bakı Metropoliteni"nin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni" Xətlərinin Konseptual İnkişaf sxeminə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube