» » VİDEO: Reseptdə dərmanın adının deyil, tərkibi yazılmalıdır - BU DÜZGÜN DEYİL

Cəmiyyət / Manşet / Kiçik Manşet / Video

VİDEO: Reseptdə dərmanın adının deyil, tərkibi yazılmalıdır - BU DÜZGÜN DEYİL

Ötən il Səhiyyə Nazirliyi reseptlərin yazılması ilə bağlı qərar qəbul etdi. Qərara əsasən artıq reseptlərdə dərmanların adları deyil tərkibi yazılmalıdır. Halbuki apardığımız müşahidələr də göstərir ki, həkimlər resept yazılışında bu tələblərə riayət etmirlər.

1 ildir qərar qüvvədə olsa də, həkimlər hələ də reseptlərdə dərman vasitələrinin ticarət adını qeyd edirlər.

Əczaçılar da reseptlərdə adətən təsiredici maddəninin deyil, dərmanın adının yazıldığını deyirlər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılık Subyektləri ilə İş Şöbəsinin müdir müavini Pərviz Əzizbəyov qeyd edir ki, qərara əsasən yalnız xüsusi hallarda dərmanın ticarət adının yazılmasına icazə var.

Reseptdə dərmanın adının deyil, tərkibinin yazılması vətəndaşa büdcəsinə uyğun seçim etməyə imkan verir.

Qayda pozuntusu ilə qarşılaşan şəxslər Səhiyyə Nazirliyinə müraciət edə bilərlər.

Qaydanı pozan həkimlər və inzibati xətalar məcəlləsinin 210-cu maddəsinə əsasən cərimələnirlər.


Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa