•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Alçaq dağları MƏN yaratmışam!

Bəzən özündən həddən artıq razı,  “sanki alçaq dağları  o yaradıbmış” hissi yaşayan insanlarla qarşılaşırıq.  Özünü saymazyana, laqeyid, yekəxana aparan bu insanlar ətrafdakı insanları yuxarıdan aşağı baxır, elə qiymətləndirir, elə davranırlar.  Həkimlərin fikrincə,  həddən artıq özündən razılıq,  özünü bəyənmə, böyük görmə psxiloji xəstəlik kimi qiymətləndirlir. Bu psixsiatriyada narsizim adlanır.  Narsisistler, sadə dillə desək,  özlərinə sevdalı insanlardır. Həmişə başqasından tərif, təqdir, alqış gözləyir lakin özləri heç bir zaman qarşılıq verməzlər.

Ziqmund Freyd narsistlərin sevgi anlarışını araşdırarkən bildirir ki, narsistlər kimisə sevmək üçün də öz istəklərinə önəm verərlər.  Müqayisə edərlər, özlərinin hansı məqamda olduğunu, əvvəllər hansı vəziyyətdə olduğunu, necə olmaq istədiyini, hansısa insana daha yaxın olmaq istəyini düşünüb, kiməsə önəm verərlər, özlərinə görə.

Bir yazıçı digəri ilə görüşür, bir qədər danışdıqdan sonra dostuna deyir: Elə mən özümdən danışdım. Heç səndən danışmadıq, son kitabım necə idi, xoşuna gəldimi? Budur narsizim.

Mütəxəsislər hesab edir ki, özünü sevməklə narsizm arasındakı fərqi bilmək lazımdır. Normal sağlam insanlar özlərini sevər və buna ehtiyac duyarlar. Özünü sevməyən adam işini və ətrafını da sevməz və depresiv deyilən pessimist bir hala düşərlər.   Sağlam insan özünü sevməlidir, amma cismini deyil, davranışlarını  sevməlidir.  Şəxs eyni işi başqası etdiyində əhəmiyyətsiz kimi dəyərləndirən  özü etdiyində bunu göylərə çıxarırsa,  narsist xüsusiyyət daşıyır.

Bəzi insanlar həqiqətən özlərini o qədər çox bəyənirlər ki, aynanın qarşısında saatlar keçirə bilərlər. Narsizim yalnız özünü bəyənmişlik deyil.  Narsistlər başqa insanlarla ünsiyyəti yalnız özlərini alqışlayıb tərifləsinlər deyə qurarlar. Qurduqları münasibətlərin onlar üçün heç bir dəyəri olmur.  Öz mənfəəti üçün hər kəsi tapdalayıb keçərlər və bu vəziyyətdən ən kiçik bir peşmanlıq hissi keçirməzlər.  Çünki qarşısındakı insanın nə düşündüyünü heç bir zaman düşünməzlər, düşünə bilməzlər.  Qarşılarındakı insanların hisslərini düşünmək üçün kiçicik bir  səy belə götərməzlər.  Psixatr İlkram Rüstəmov deyir ki, narsistik şəxsiyyət  bir çox faktorlardan təsirlənir.  İctimai xüsusiyyətlər, ailə quruluşu, uşaqlıq illərində ailəsindən kifayət qədər sevgi və maraq görməmək bu vəziyyətə səbəb ola bilər.

 Bir çox narsisit ilk baxışda çox təsir edici və çox sevimli görünə bilər.  Ancaq onların bu halı istədiklərini əldə edənə qədər davam edir.  İstədiklərini əldə edəndən sonra qarşısındakı insanı bir heç kimi görərələr.  Narsistlər  digər insanlarla olan ünsiyyətlərini yalnız öz istəkləri üçün istifadə edərlər. Qarşılarındakı insanların  duyğuları onlar üçün önəmli olmur. 

“Narsistlərin digər bir xüsusiyyəti isə  həsəd hissidir.  Baqalarının xoşbəxtliyinə, müvəffəqiyyətinə  qətiliklə dözə bilməzlər. Bu  hissi çox yaşadıqları üçün, başqaları xoşbəxt olanda özlərini bədbəxt hiss edərlər. Çünki onların fikrincə, xoşbəxtliyə ancaq özləri layiqdir .  Narsistlər həqiqətən çox müvəffəqiyyətli ola bilərlər, iş həyatında önə çıxa bilərlər. Ancaq bu müvəffəqiyyət işi sevdikləri üçün deyil, müvəffəqiyyətli olduqları zaman  aldıqları alqış və təqdirlər üçündür”.

Narsist insanların tərk edilməyə dözümü olmur. Tərk edildikləri zaman kiçik bir körpənin anasından ayrıldığı dövrdəki kimi həddindən artıq reaksiya verər və depressiyaya girərlər. Tənqidə əsla dözümləri yoxdur.

Narsistlərə  çox önəm verməmək lazımdır.  Onları davamlı alqışlamaq, tərifləmək  reallıqla üzləşmələrini gecikdirir. 

“  Uşaqlıq illərində ana - atasından kifayət qədər sevgi və diqqət görməyən şəxslər özlərinə güvənməzlər, özlərini sevə bilməzlər. Çünki sevginin, sevimənin nə olduğunu bilməzlər.  Onlar üçün  bir sevgi modeli olmur. Uşaq özünü ana atasının rəftarlarındakı aynadan görür. Bu aynada sevildiyinə dair bir görünüş yoxdursa problemin özündə olduğunu, sevilməyə  layiq olmadığını düşünür. Bu düşüncə yetkin yaşda başqa insanlardan sevgi, tərifi zorla istəməyə gətirib çıxarır.   Buna görə, böyük səy göstərirlər.  Tənqid olunduqları zaman isə, həddən artıq sərt  reaksiya verər, təcavüzkarlaşa bilər, depressiyaya girə bilərlər”.

Narsist insan özündən razı olub, müvəfəqiyyət haqqında düşünərkən, daxili ona rahatlıq verməz.  Əslində bu insanların özündən şübhələnən,  kövrək, tənqidlərə dözümsüz, dəyərsiz hiss edən bir gizli  bir tərəfi vardır. İnsanlarla səthi əlaqələr qurub, davamlı tərif istəyən, səmimi münasibət qura bilməyən, başqalarına güvənməyən, dözümsüz,  ətrafındakı insanların zamanına dəyər verməyən biridir.  İctimai sahə olduqca müvəfəqiyyətli olan narsistlər,  çox maraqlı əhatəyə, əlaqələrə sahib olsalar da, bu onlar üçün səthidir.   Təqlidçi dəyərlərə malik olan  narsistlər   bir tərəfdən yalan danışaraq maddiyyətə söykənən, nüfuza hörmətsiz bir həyat sürərkən, kənara dürüst, həddindən artıq əxlaqlı və pula əhəmiyyət verməyən biri kimi özlərini tanıdırlar.  Başdan çıxarıcı, sınamadan, kiminlə oldu cinsi həyatı olan belə insanların  evlilikləri nizamsızdır, evlilik xarici əlaqələri çox olur. Çünki həyat yoldaşını ayrı bir varlıq olaraq görüb, sevə bilmirlər.  Çox yaxşı danışan, qərarlı biri kimi görünməklə birlikdə məlumatları,  yalnız başlıqları ehtiva edən səthi məlumatlardır, detalları unudarlar. Onun üçün, dil və danışma özünə etibarını təzələmənin bir yoludur.

Həkim bildirir ki, narsistlər psixoloji problemləri olduqlarını qəbul etməz, həkimə və ya psixoloq müraciət etməyi özlərinə sığışdırmazlar.  Ancaq tərk edildikləri zaman düşdükləri depresiyadan çıxmaq üçün həkimə müraciət edərlər.  Narsistləri psixoterapiya ilə müalicə etmək mümkündür.


   

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube