» » Sabaha olan hava proqnozu - Açıqlandı

Bölgələr

Sabaha olan hava proqnozu - Açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Shefeq.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 14-18° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa