» » Azərbaycanda yol polisi hamilə qadın və övladını xilas etdi – VİDEO

Bölgələr / Cəmiyyət / Kiçik Manşet

Azərbaycanda yol polisi hamilə qadın və övladını xilas etdi – VİDEO

ARB 24 xəbər verir ki, Şəmkirdə yol polisləri ana və yeni doğulacaq körpəsini ölümdən xilas ediblər.

Tovuz rayon sakini Nizami Vəliyev hamilə gəlinini Gəncəyə apararkən yolda onun halının pisləşdiyini görür. Həyəcandan avtomobili idarə edə bilməyən sürücü Şəmkir postunda yol polisindən köməklik istəyir.

Hamilə qadını xəstəxanaya çatıran Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Xəyal Məmmədov uşağın dünyaya sağlam gəlməsinə görə sevincli olduğunu deyir. Artıq dünyaya gələn qız uşağına qoyulacaq ad da bəllidir. Körpəyə köməklik göstərən polis əməkdaşı Xəyalın şərəfinə Xəyalə adı qoyulacaq.

Abbas Səhhət adına 1 nömrəli xəstəxanadan bildirilib ki, hamilə qadın bir neçə dəqiqə də gec çatdırılsa idi onların həyatı üçün təhlükə ola bilərdi.

Hazırda isə ana və övladının vəziyyəti yaxşıdır.


shefeq.az

Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa