» » Bərdə Rayon Dövlət Sosial Müdafiə Fondunda “ Cinayətkar sabiq MAXE”

Bölgələr / Cəmiyyət / Manşet

Bərdə Rayon Dövlət Sosial Müdafiə Fondunda “ Cinayətkar sabiq MAXE”

Fərari MAXE pensiya təyin edir

Cənab Prezident sizin apardığınız uğurlu xarici və daxili siyasəti həmişə dəstəkləmişik. Həmişə sizlərin xalqımızla təmasda olub bütün çətinliklərin aradan qaldırılması uğrunda apardığınız mübarizə ölkəmizdəki bütün dövlət məmurlarına bir nümunə olmuşdur.Dəfələrlə hər bir dövlət məmuru “xalqın xidmətçisidir “deməyiniz sanki bizlərdə böyük fəxr yaradır. Sizin korrupsiya, insan haqları, süründürməçilik, vəzifədən sui istifadə hallarına qarşı kəskin çıxışlarınınız hər bir Azərbaycan vətəndaşının yaddaşında silinməz bir qürur mənbəyidir. Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gun dövlət məmurları nümunəvi davranışları ilə xalqın qulluğunda durmağı özlərınə borc bilirlər. Biz Hörmətli Nazirimiz Səlim Müslümovu bu cur dövlət məmuru olaraq sizin apardığınız uğurlu siyasətinizə dəstək verən Nazir kimi onun fəaliyyətini həmişə razılıq hissi ilə qarşılaşmışıq.
Hörmətli Nazirimizin fəaliyyəti nəticəsində bizlər vətəndaşlara verilən penisiya və sosial yardım şöbəsində süründürməçiliyin və korrupsiyanın qarşısının alınması üçün gördüyü tədbirləri qiymətləndiririk. Hörmətli nazirimizin dəfələrlə rayonlarda vətəndaşları qəbul edərkən rayon şöbəsindəki nöqsanların aradan qaldırılmasında, süründürməçilikdə vəzifəsindən sui istifadə edən məmurları ədalətlə cəzalandırdığının və bu məsələlərdə vətəndaşların ona kömək göstərməsini şəxsən istədiyinin şahidi olmuşuq. Bərdə ziyalıları olaraq Cənab Prezident və hörmətli nazirimiz Səlim Müslümov sizlərə müraciət edərək bildiririk ki, bu gün bizim Bərdə rayon DSMF-da baş verən korrupsiya, vəzifədən sui istifadə, özbaşınalıq heç bir dövlət qürumunda yoxdur.
Bərdə rayon dövlət sosial müdafiə fondunun rəhbəri Raqub Məmtiyev bu gün rəhbərlik ettiyi dövlət qurumunda özbaşınalıq, vəzifədən sui istifadə, səriştəsiz , cinayttə təqsirli adamlarin işə qəbul edilməsi , heçdə Raqub Məmtiyevin İlham Əliyev kursuna və Nazirimiz Səlim Müslümovun fəaliyyətinə sadiq olmasını göstərən amillərdən hesab edilmir.
Misal olaraq Raqub Məmtiyevin işə qəbul etdiyi penisiya şöbəsinin məsləhətçisi Həbibov Pərviz Əsgər oğlunun əvvələr işlədiyi hərbi hissədəki cinayətlərdən ya xəbəri yoxdur ,yada özünə sərf edən çirkin fəaliyyətini həyata keçirmək üçun havadar təyin etməkdən başqa bir şey deyil. Çünki Həbibov Pərviz Əsgər oğlu Tərtər hərbi məhkəməsinin 16.11.2016-cı il tarixli hökmünə əsasən 179.2.1 179.2.3 179.2.4 maddələri ilə təqsirli bilinərək cinayət işi açılmışdır.
Bu gün dövlət əmlakını talan edilməsi Qarabağımız uğrunda ölüm dirim savaşında olan əsgərlərin qidasına göz dikərək əsgərlərimizin haqqınl yeyən bir adamı yenidən əhaliyə pensiya verilən bir şöbədə məsləhətçi təyin etmək Raqub Məmtiyevin fəaliyyətinin hası istiqamətdə olduğu biz Bərdə rayon ziyalılarını narahat etməyə bilməz. Raqub Məmtiyevin seçdiyi kadr biz bərdəlilərə haqsızlıqdan başqa bir şey deyil. Onun bu cür talançını pensiya fondunda məsləhətçi təyin etməsinini hörmətli nazirimiz Səlim Müslümovun xəbəri olmadığına əminik. Bunun üçündə cənab Prezident sizdən və onun bu cür havadarlarını nəzarətə alıb fəaliyyətlərinə hüquqi qiymət verilməsini xahiş edirik. Adlarımız anonim saxlamağımıza səbəblərindən ən başlıcasıda Raqub Məmtiyevin qeyri qanuni yolla əldə etdiyi pullarına arxayın olması və özünü “məğlub edilməz” bir məmur kimi aparmaqla bizlərə təhlükələr yarada bilməsidir. Çünki,dəfələrlə” gedin hara şikayət edirsiniz edin heç kim mənə heçnə edə bilməz” ifadəsini işləltməsidir. Cənab Prezident Sizdən və hörmətli Nazirimiz Səlim Müslümovdan bu məsələni araşdırıb ədalətli tədbir görəsiniz.

SİZƏ ƏVVƏLCƏDƏN ÖZ TƏŞƏKKÜRÜMÜZÜ BİLDİRİRİK, SİZLƏRƏ

DƏRİN HÖRMƏTLƏ BƏRDƏ ƏHALİSİ ADİNDAN BƏRDƏ ZİYALİLARI.

(Dosye.org)

shefeq.az
Теги

Похожие новости

Комменатрии к новости

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.

Написать свой комментарий:





Bizi İzləyin

Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.

Son Xəbərlər

Köşə Yazarları

Günün Aforizmi

Zehin paraşüt kimidir. Açılmasa işləməz.

Frenk Zappa