•  – Rəhim Qazıyevdən Elçibəyə sui-qəsd ittihamına CAVAB: “Pənah Hüseyn özünü bu hökumətə sırımaq üçün...” 
  •  – Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək! 
  •  – 11 min nəfərə ŞAD XƏBƏR - Prezident 7,8 milyon manat ayırdı 
  •  – Sərhədçilərimiz helikopterlə Keşikçidağa endilər – Gürcü keşişlər ərazidən qovuldu – FOTOLAR 

Masallıda hiddət doğuran hadisə: Bələdiyyə sədri məsciddə keyf məclisi qurub

Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisə baş verib

Shefeq.az-ın məlumatına görə, kənd sakinləri qafqazinfo-ya göndərdikləri müraciətdə bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar. 

Sakinlər bildirib ki, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Əliyev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı qadınla kəndin məscidində olub və həmin qadınla birgə Allahın evində pivə içib əylənib.

Kənd sakinləri qadının kimliyini bilsələr də, etik baxımından həmin şəxsin adını müraciətə salmayıblar. Hadisəyə isə iki nəfər şahid olub. Bələdiyyə sədrinin hörmətsizliyi, əxlaqsızlığı kənddə və rayon camaatında kütləvi narazılığa səbəb olub. 

R. Ağayevin cəzalandırılması üçün tərəfimizdən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə də müraciət edilib. Həmin qurumun nümayəndəsinin, kənd ağsaqqallarının, axundlarının və 50-yə yaxın sakinin iştirakı ilə toplantı keçirilib. Toplantıda şahidlər danışıb və fakt sübuta yetirilib. R. Ağayev də kənd sakinlərinin sorğu-sualı nəticəsində təqsirini etiraf edib. 

Bütün bunlara baxmayaraq  bələdiyyə sədri ilə bağlı bu günə kimi heç bir tədbir görülməyib.
Kənd ağsaqqallarının sözlərinə görə, müvafiq qurumlara, ölkə başçısına müraciətdən sonra polis tərəfindən onlara təzyiqlər edilir:

“Hadisəyə şahid olan iki gəncimizi polis şöbəsinə apararaq işgəncə veriblər. Bizdən məsələni qabartmamağı, bu işdən əl çəkməyimizi tələb edirlər. Əks halda, daha böyük işgəncələr edəcəklərini bildirirlər. Biz başa düşmürük ki, Allahın evinə hörmətsizlik edən, içki içən, orada əxlaqsız hərəkətlərlə məşğul olan bir bələdiyyə sədrini polis və icra orqanları niyə qoruyur? Guya, biz onu şantaj edirik? Uşaqları aparıb yenə döymək istəyirlər”. 

Artıq Masallı icra başçısı Rafil Hüseynov da bələdiyyə sədri ilə bağlı yaranmış narazılığı araşdırmaq üçün kəndə baş çəkib. 

Qeyd edək ki, məlum olaya görə kənd sakinləri ölkə rəhbərliyinə də müraciət edib. Müraciəti imzalayan şəxslərin siyahısı da redaksiyamıza göndərilib.

Bələdiyyə sədri Rafiq Ağayevin nömrəsinə zəng çatmadığından onunla əlaqə saxlamaq mümkün olmayıb.


shefeq.az
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube