•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

Lerikdə meşədə 30-a yaxın ağac kəsilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonu Hamarmeşə kəndinin yaxınlığında Gurdasar meşəbəyliyində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
APA-nın xəbərinə görə, Regional Ekologiya İdarəsinin rəisi Rafael Tahirov jurnalistlərə bildirib ki, sözügedən meşə sahəsinə keçirilən baxış zamanı 30-a yaxın ağacın kəsildiyi aşkar edilib.
Faktla bağlı akt tərtib olunub.
“Hazırda Nazirliyin yerli qurumları və rayon polis şöbəsi tərəfindən təqsirkarların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir, nəticə barədə əlavə məlumat veriləcək”, - deyə R. Tahirov vurğulayıb.
Nazirlik rəsmisi ağacların kəsilməsi ilə bağlı nazirliyə məlumat verən təbiətsevərlərə təşəkkürünü bildirib, vətəndaşları təbiət düşmənlərinə qarşı bundan sonra da birgə mübarizəyə çağırıb.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube