•  – Diqqət! İlham Əliyev sərəncam imzaladı 
  •  – Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı 
  •  – Prezident İlham Əliyev yeni FƏRMAN imzaladı 
  •  – Prezident İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak edib - FOTO 

Əsgərin qayıdışını qeyd edən şəxslər xəstəxanalıq oldu - Azərbaycanda

Ağdaş rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib

Shefeq.az ona.az-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Ləki kəndində qeydə alınıb.

Kənd sakini olan bir çağırışçının hərbi xidmətdən qayıtması münasibətilə təşkil olunmuş mərasimdə iştirak edən qonaqlardan 14 nəfərin yeməkdən sonra halı pisləşib. Onlardan 8 nəfərə zəhərlənmə əlamətləri yüngül olduğu üçün ilkin tibbi yardım göstərilib.


Qalan 6 nəfəri - Pirəzə kənd sakini, 2000-ci il təvəllüdlü Mustafayeva Rəqibə Söhrab qızı, Aşağı Ləki kənd sakinləri - 1990-cı il təvəllüdlü Abdullayeva Bibixanım Feruz qızı, 1960-cı il təvəllüdlü Abdullayev Abdulla Abdurrəhman oğlu, 1984-cü il təvəllüdlü Abdullayeva Nigar Namizəd qızı, 1996-cı il təvəllüdlü Abdullayeva Zərifə Teyyub qızı və 1988-ci il təvəllüdlü Abdullayev Orxan Yaşar oğlunun vəziyyəti ağır olduğu üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Onların ət yeməyi və ya paytaxt salatından zəhərləndiyi bildirilir.

Zəhərlənmənin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube