•  – Diqqət! İlham Əliyev sərəncam imzaladı 
  •  – Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı 
  •  – Prezident İlham Əliyev yeni FƏRMAN imzaladı 
  •  – Prezident İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak edib - FOTO 

"Müxalifətçinin qızını alsan, obyektini dağıdacam" - Saatlının icra başçısından biabırçı addım

Son dönəmlər prezident İlham Əliyev ölkədə bir çox sahədə islahatlar həyata keçirir. Prezident dəfələrlə rayonlara səfərlər edir, insanlarla görüşür.


Şamaxıda baş verən zəlzələ zamanı da prezident rayona səfərlər edərək, evləri dağılmış insanlarla görüşdü, şəhid ailələrini qəbul etdi. Daha sonra isə siyasi məhbusların azadlığa çıxması ilə bağlı əfv sərəncamı imzaladı.
Lakin təəssüflər olsun ki, ölkə prezidentinin apardığı islahatlar fonunda rayon icra başçıları özlərini yenə də padşah kimi apararaq, islahatlara ləkə salmaqla məşğuldur.
Yenicag.az-a daxil olan məlumata görə, Saatlı Rayon İcra Hakimiyyəti “Azadlıq” qəzetinin köşə yazarı Xaliq Bahadırın qızının toyuna mane olur.
Belə ki, Xaliq Bahadır Saatlıdakı şadlıq saraylarından birində qızına toy etmək istəyib. Restoran rəhbərliyi ilə də razılaşıb. Bundan xəbər tutan rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun görtərişi ilə restoran rəhbərliyinə hədə-qorxu gəlinərək, toyun orada olmasına mane olurlar.
İcra hakimiyyətindən şadlıq sarayı rəhbərliyinə bildirilib ki, əgər Xaliq Bahadırın qızının toyu o restoranda olacaqsa, oranı onun əlindən alacaqlar.
Bundan sonra Xaliq Bahadır qərar verib ki, toyu öz həyətində etsin. İcra hakimiyyəti bu dəfə daha da irəli gedib. Xaliq Bahadırın qızının qaynatasını icra hakimiyətinə çağırtdırıblar və onu orada hədələyiblər. Ona bildiriblər ki, Xaliq Bahadırın qızı ilə oğlunun nikahını pozdursun. Əgər pozdurmasa, onun rayondakı dəmirçi sexini söküb,dağıdacaqlar.
Saatlı rayon icra hakimiyyəti başçısının etdiyi bu əməl insanlıq adına ləkə ilə yanaşı, ölkə rəhbərliyinə, təmsil etdiyi hakimiyyətə xəyanətdir. Bəlkə də, kimlərinsə sifarişini yerinə yetirməkdir. Xaliq Bahadırın müxalif fikirli olması və bunu ictimailəşdirəcəyi nəzərə alındıqda, icra hakimiyyətinin nələrə və kimlərə xidmət etməsi aydın görünür.
[related-news]
DİGƏR XƏBƏRLƏR: {related-news}
[/related-news]
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube