•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Həkim: Forma dəyişdiyinə görə qrip virusuna qarşı peyvənd tapılmır

Həkim-pediatr: Hazırda uşaqlarda kəskin respirator virus infeksiyası çoxalıb. Bunlardan qorunmaq üçün uşaqların ev şəraiti, qidalanması yaxşı olmalı, immuniteti artırılmalıdır.

Hələlik aparılan laborator müayinələr nəticəsində ölkədə nə A, nə də B virusu aşkar edilib. Hazırda ancaq kəskin respirator virus infeksiyaları qeydə alınıb ki, xəstəliyin qeydiyyatı ötənilki səviyyədədir. Hər hansı bir artım müşahidə olunmur.

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O, bildirib ki, bir müddət əvvəl səhiyyə naziri Oqtay Şirəliyev qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb: “Həmin əmrdə profilaktik tədbirlərin gücləndirilməsi nəzərdə tutulub. Eyni zamanda, qripə bənzər virusa yoluxmuş xəstələrin laborator müayinələrinin keçirilməsinə dair tapşırıq verilib. Bu sahədə müəyyən işlər aparılır, nəzarət təmin edilir, respublikanın məktəblərində dezinfeksiya tədbirləri həyata keçirilir”.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube