Müştəri ilə “Azercell” arasında rominq mübahisəsi
...
Ailə / Cəmiyyət / Manşet / Kiçik Manşet
Qış aylarında soyuq hava ilə əlaqəli soyuqdəymə, qrip, farangit, larengit, sinuzit, orta qulaq iltihabı, bronxit, sətəlcəm kimi xəstəliklərin yoluxma halları artır. İnfeksiyalar xüsusilə, uşaqlara, yaşlılara, hamilələrə, xroniki sağlamlıq problemləri olanlara daha çox mənfi təsir edir.
Qış ayalarında soyuq havaya uyğunlaşmaq üçün bədən daha çox enerji sərf edir. Bu enerji ehtiyacı ödənilmədiyi zaman bədən müqaviməti düşür, infeksiyalara yoluxmaq üçün əlverişli şərait yaranır. Soyuq havalar kəskin və xroniki ağciyər xəstəliklərini tətikləyir. Bronxit, astma xəstəliklər daha çox müşahidə edilir. Bununla yanaşı xroniki böyrək və diyabet xəstələri, ürək xəstələri soyuqlardan daha çox təsirlənirlər . Qışda meydana gələn hava çirkliliyi və soyuq hava bu problemləri də daha da böyüdür.
Həkim terapevt Xatirə Əhmədova bildirir ki, qış mövsümündə artan və yaxşı müalicə edilmədiyi təqdirdə ölümlə nəticələn ən təhlükəli xəstəliklərdən biri sətəlcəmdir. Ağciyərlərin iltihablanması ilə müşahidə edilən xəstəlik zamanı ağciyərdə olan hava kisəcikləri, iltihablı maye ilə dolur. Bunun nəticəsində ağciyərin funksiyası oksigen alış-verişi pozulur, qanda oksigenin oksigen səviyyəsi azalır. Buna görədə hüceyrələr öz funksiyasını yerinə yetirə bilmir və xəstəlik müalicə edilmədiyi təqdirdə ölümlə nəticələnir.
ABŞ-da ölümə gətirib çıxaran xəstəliklər arasında sətəlcəm 6-cı yerdədir.
Sətəlcəmə gətirib çıxaran 30 dan çox mikroorqanizm var. Sətəlcəmin əmələ gəlməsində bakteriyalar və viruslar əhəmiyyətli rol oynayır. Bakteriyalardan qaynaqlanan xəstəliklər yeni doğulmuş körpələrdən yaşlılara kimi yoluxur. Yəni bunun yaşla əlaqəsi yoxdur.
“Alkoqoliklər, yeni əməliyyat olunmuş şəxslər, xrniki ağciyər və ürək xəstəliyi olanlar və immunitet sistemi zəifləmiş şəxslər daha tez sətəlcəmə yoluxurlar. Xəstəlik qızdırma, titrəmə, öskürək, sarı və ya yaşıl bəlğəm, sinə ağrısı və tez-tez tərləmə ilə müşahidə olunur. Sətəlcəmlərin bəzisi viruslardan qaynaqlanır. Viruslardan qaynaqlanan sətəlcəmlər qısa müddətdə sağalır. Ancaq qrip virusu ağır sətəlcəmə yol aça bilər, ürək və ağciyər xəstəliyi olanlarda və hamilələrdə ölüm səbəbi belə ola bilər. Xəstəlik qızdırma, başağrısı, quru öskürək, əzələ ağrısı və halsızlıqla müşahidə edilir”.
Sətəlcəmin müalicəsində ağrıkəsici, bəlğəmgətirici dərmanlardan istifadə olunur. Az yaşlı xəstələr sağaldıqdan 1 həftə sonra normal həyata qayıda bilirlər. Yaşlılarda isə bu uzun müddət davam edə bilər.
Müsahibimiz deyir ki, soyuq havalarda diqqətli olmaq, soyuqdan qoruyan geyimlər geyinməli, həddən artıq tərləməməyə diqqət yetirməlidirlər.
“ Qışda və soyuq havada daha çox enerji qəbul etmək məsləhət görülür. Ancaq həddən artıq yağlı yemək və az hərəkət kökəlməyə də səbəb ola bilər. Buna görə də qida payları müntəzəm qəbul edilməlidir. Soyuqda xüsusilə hamilələr mövsümi xəstəliklərə tutulmamağa çalışmalı, kütləvi yerlərdən uzaq olmalı, maska ilə qorunmalıdırlar. Astma xəstəliyi olanlar dərmanlarını nizamlı şəkildə qəbul etməli, məcbur qalmadıqca çölə çıxmamalı, hava çirkliliyindən qorunmalı, soba və kömür təsirinə məruz qalmamaq üçün diqqətli olmalıdırlar.
Ümumiyyətlə mövsüm keçidləri insan orqanizminə müxtəlif təsirlər göstərir. Buna görə də hər bir insan sağlamlığının qayğısına qalmalı özünü mövsümə hazırlamalıdır. Bir çoxumuz payız başlayanda belə özmüzü yorğun hiss etməyə başlayırıq. Halbuki təkcə yayda deyil, bütün fəsillərdə sağlam olmaq üçün sağlamlığın qayğısına qalmaq mütləqdir. Qışda mikrobların bədənə daxil olmasının qarşısını almaq üçün təkcə bədəninizin qayğısına qalmaq kifayət etmir. Siz sağlam olmaq üçün əhvalnızı da yaxşı saxlmalısınız.
Müsahibimiz deyir ki, mövsümü xətəliklər arasında ikinci yeri qrip tutur ki, bu da təhlükəli xəstəlik hesab edilir. Erkən diaqnoz və müalicə xəstəliyin ağırlaşmasının qarşısını alır və həyati təhlükəni aradan qaldırır. “Bəzən biz “qripəm boş şeydir” deyib keçirik. Əslində isə qrip də orqanizm üçün təhlükəli xəstəliklərdən hesab edilir. Xəstəlik müddətində işə və ya məktəbə getmək məxləhət örülmür. Xəstə evdə müalicəsini almalıdır. Xəstələrdə tənəffüs problemi , 3 gün davam edən qızdırma müşahidə edilir”.
Həkim bildirir ki, xüsusilə 65 yaşından yaşlı olanlar xroniki ürək, ağciyər, metabolik, nevroloji xəstəliyi olanlar, hamilələr və 5 yaşından kiçik uşaqlar qripi daha ağır keçirirlər. Buna görə də onlar “risk qrupu” kimi qiymətləndirilirlər.
Qrip təkcə soyuqdəymə ilə deyil, xəstədən xəstəyə yoluxma ilə də yayılır. Buna görə də xəstəliyə yoluxmamaq üçün xəstə ilə qucaqlaşma, öpüşmə, əl təması və hətta yanında olmaq belə məsləhət görülmür. Xəstəyə qulluq edən sizsinizsə, qoruyucu maskalardan istifadə edin.
Xəstəliyin qarşısının alınması üçün gigenik qaydalara riayət etmək məsləhət görülür.
Həkim bildirir ki, immunitet sistemi zəif olan uşaqlar daha tez qış xəstəliklərinə yoluxurlar. Belə ki, dünyada hər il 5 milyon uşaq sətəlcəmdən dünyasını dəyişir.
Buna görə də bütün valideyinlər uşaqlarını qış xəstəliklərindən qorumağa çalışmalıdırlar. “İnfeksiyalar əsasən asqırma və öskürmə ilə yayılır. Uşaqlarda infeksiyalara ən həssas sistem tənəffüs yollarıdır. Tənəffüs yolları burun, ağız, boğaz, badamcıqlar, nəfəs borusu, bronxlar və ağciyərlərdən ibarətdir. Uşaqlarda viral infeksiya zamanı xəstədə yüngül qızdırma, halsızlıq, boğaz ağrısı, asqırma, öskürək, burun axıntısı əlamətləri müşahidə edilir. Xəstəliyin müddəti 3-7 gün arasıdır”.
Sağlam uşaqlar ildə 5-6 dəfə üst tənəffüs yolu infeksiyalarına yoluxur. İnfeksiyaların artması xüsusilə payız və qış aylarında müşahidə edilir. Uşaqları viral infeksiyalardan qorumaq üçün əllərini tez-tez sabunla yumalı, xəstə insanlarla təmasa qoymamalı, qidasında vitaminlərin zənginləşdirilməsinə böyük önəm verilməlidir.
Ölkədə və dünyada baş verən hadisələr haqqında oxuculara məlumat verir.
Комменатрии к новости