Bölmə: Texno
Baxış sayı: 96
9-01-2017, 09:58

Shefeq.az xəbər verir ki, smartfon bazarına qayıtmağı qərara alan Finlandiyanın HDM Global şirkəti bu il Nokia 6 smartfonunun istehsalına başlayacaq. Lakin Nokia-nın sahibi olan bu şirkət yeni telefonları yalnız Çində satmağı planlaşdırır.

Məlumatda bildirilir ki, smartfon 4 Gb RAM, 64 Gb daxili yaddaş və Android Nougat əməliyyat sistemi ilə təchiz olunacaq. Telefona 16 meqapiksellik arxa, 8 meqapiksellik ön kamera quraşdırılacaq. Yeni Smartfonun qiyməti Çində 250 dollar təşkil edəcək.