•  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 
  •  – VI çağırış Milli Məclisin deputatları - SİYAHI 

Orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu vaxtı uzadılıb. 
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, sənəd qəbulunun vaxtı 12 mart saat 11:00-a qədər uzadılıb. 
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.
Hazırki məlumata görə, təsdiq edilmiş ərizələrin sayı 18739-dur “Azərbaycan bölməsi üzrə 18169, rus bölməsi - 570”.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube