•  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 
  •  – VI çağırış Milli Məclisin deputatları - SİYAHI 
  •  – Türkiyə və Fransa Pezidentlərinin telefon danışığı olub 

Bakalavriat və magistraturada əyani "parttime" formasında təhsil alan tələbələr dövlət sifarişi əsasında maliyyələşdirilməyəcək

Əyani təhsilalma formasında tədrisə qismən cəlb olunan ("parttime") tələbənin dövlət sifarişi əsasında maliyyələşdirilməsinə icazə verilməyəcək.


APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.


Eyni zamanda əyani təhsilalma formasının tədrisə tam cəlb olunma ("fulltime") növündən tədrisə qismən cəlb olunma ("parttime") növünə keçdikdə tələbələr Dövlət sifarişi əsasında maliyyələşmədən məhrum ediləcək.


Qeyd edək ki, Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda etdiyi dəyişikliyə əsasən, tədrisə qismən cəlb olunma ("parttime") növü üzrə təhsil alan tələbələrə təqaüd də təyin edilməyəcək.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube