•  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 
  •  – 100 deputat Merkelə müraciət etdi: Rusiyadan imtina et 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 

Xalq artisti Ramiz Əzizbəyli 69 yaşını qeyd edir

Bu gün Xalq artisti, “Hacı Zeynalabdin Tağıyev” və “Qızıl Buta” mükafatları laureatı Ramiz Əzizbəylinin 69 yaşı tamam olur

Shefeq.az xəbər verir ki, R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət və Mədəniyyət Universiteti) Mədəni-maarif fakültəsini bitirib.

1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb.

1991-ci ildə isə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.

Rejissoru olduğu “Yalan” bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

O, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Qeyd edək ki, Ramiz Əzizbəyli 2014-cü ilin fevralında şəxsi avtomobilində sükan arxasında olarkən beyin insultu keçirib. Artıq iki ildən artıqdır ki, xəstəliyi ilə bağlı səhhətində ciddi problemlər yaşayan Xalq artisti uzun müddətdir səhnə fəaliyyətindən kənarda qalıb.


shefeq.az
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube