Bölmə: Şou-biznes
Baxış sayı: 29
6-01-2017, 17:16

“Kral” televiziyası və radiosunun baş rejissoru, “Gezegen Mehmet” kimi tanınan teleradio aparıcısı Mehmet Akbay Didem Özfiliz ilə ailə həyatı qurub


Shefeq.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, cütlük yanvarın 3-də 600 nəfər qonağın iştirak edəcəyi toy mərasimi planlaşdırmışdı. Lakin Türkiyədə baş verən terror hadisələri ilə əlaqədar onlar toyu ləğv edərək ailə üzvləri və yaxınlarının iştirakı ilə sadə nikah mərasimi təşkil ediblər.

Cütlüyün nikahını Beyoğlu Bələdiyyə başçısı Əhməd Misbah Demircan kəsib.

Tanınmış müğənnilər Cengiz Kurtoğlu, Berkay, Hande Yener, Emel Müftüoğlu və Murat Dalkılıç sürpriz şəkildə mərasimə gələrək cütlüyü təbrik edib.