Baxış sayı: 75
3-10-2017, 10:41


Azərbaycanın Birinci Vitse-prezidenti: “Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram”.

Ölkəmizin təhsil, elm, mədəniyyət, səhiyyə və digər sosial sahələrinə diqqət və qayğı göstərən respublikamızın birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti istər ölkə ictimaiyyəti, istərsə də respublikamızdan kənarda da böyük rəğbətlə qarşılanmaqdadır. Onun respublikamızın humanitar və sosial sahələrində (bu sahələrin inkişaf etdirilməsində) aktiv iştirak etməsi, bu istiqamətdəki fəaliyyəti ilə dövlət başçımız cənab İlham Əliyevə dəstək verməsi olduqca təqdirəlayiq hal kimi qiymətləndirilir.

Təhsil və mədəniyyət sahəsinə diqqət və qayğı: 

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyiHeydər Əliyev Fondunun dəstəyi ilə respublikamızın təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri uğurla həyata keçirilir. Qeyd olunmalıdır ki, bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Bunun nəticəsi olaraq Azərbaycanın müxtəlif regionlarında yüzlərlə təhsil müəssiəsi inşa olunub və ya yenidən qurulub.

Bununla yanaşı, Azərbaycan mədəniyyətinin, mədəni irsinin, eləcə də musiqi ənənələrinin dünyada təbliği sahəsində YUNESKO və İSESKO-nin xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi ilə vurğulanmalıdır.

Azərbaycan səhiyyəsi yeni inkişaf dövrünü yaşayır:

Ölkə başçımız İlham Əliyev tərəfindən respublikamızın bütün sahələrinə olduğu kimi, səhiyyə sektoruna da xüsusi diqqət göstərilir. Əminliklə deyə bilərik ki, bu diqqət və qayğının nəticəsində tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər uğurla davam etdirilir. Belə ki son illər ərzində ölkəmizdə 600-dən artıq tibb müəssisəsi tikilib və əsaslı təmir olunaraq, müasir avadanlıqla təchiz edilib. Təkcə ötən il ərzində 26 yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. Heş şübhəsiz ki, Azərbaycanın səhiyyə sisteminin müasir dünya standartları səviyyəsində yenidən qurulmasında, dövlət proqramlarının uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.

Qaçqın və məcburi köçkünlərin sosial qayğısı hər zaman diqqət mərkəzində olub:

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlətimizin diqqət mərkəzindədir. Bu təbəqədən olan insanların yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində ölkəmizdə xeyli işlər görülməkdədir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbrlik etdiyi Fond tərəfindən hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəbli ləvazimatından ibarət hədiyyələrin təqdim olunması, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlərin keçirilməsi, eləc də Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə çoxsaylı məktəb binalarının tikilib istifadəyə verilməsi də qeydolunan qayğı və diqqətin bariz numunəsidir. Onu da xüsusilə qeyd etməliyik ki, Mehriban xanım Birinci vitse-prezident vəzifəsində ilk müşavirəsini də məhz qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəltmişdir.



Anar Məcidzadə

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü