12-01-2017, 11:21
Şəmkir rayonunun Aşağı Seyfəli kənd məktəbində laborantla direktor arasında baş verən qalmaqalla bağlı araşdırma başladılıb.
Rayon Təhsil Şöbəsindən Publika.az-a verilən məlumata görə, məsələ ilə bağlı hazırda məktəbin direktoru və müəllim idarəyə çağrılıb.
Onların hər ikisi yenidən dinləniləcək, həmçinin Təhsil şöbəsi tərəfindən də araşdırmalar davam etdirilir. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, adıçəkilən məktəbdə laborant işləmiş Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə X.Əliyevanı seks videosu olduğunu üçün işdən uzaqlaşdırıldığını açıqlayıb.
loading...