•  – Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür 
  •  – XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇILQLAMA YAYDI 
  •  – "Dövlət bayrağı haqqında" qanuna dəyişiklik edilir 
  •  – Prezident daha bir Xalq artistinə mənzil hədiyyə etdi - FOTO 

Ana ailəsi ilə birləşərək 6 aylıq körpəsini uşaqlar evinə atdı - FOTOLAR

Azərbaycan 6 aylıq xəstə körpə əskiyə bükülərək anası, nənəsi və dayısı tərəfindən uşağın evinin həyətinə atılıb. 

BiG.AZ xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının parıcılıq etdiyi "Səni axtarıram" verlişində qardaşı oğlu Ayazı axtaran Nəcibə deyib.

Nəcibə bildirib ki, qardaşım həbsə düşəndən sonra bir oğlu dünyaya gəldi:" Bu uşaqdan əlavə onların 1 oğlu və 2 qızları var idi. Gəlnimizin xəstə olmasından istifadə edən nənə və dayı 6 aylıq körpə ilə birlikdə digər uşaqları uşaq evinə yerləşdiriblər. Bir müddətdən sonra digər uşaqları tapıb evə geri qaytardıq lakin 6 aylıq Ayazı tapa bilmədik". 
Aparıcı bibiyə Ayazı satmaq istədikləri 80 sot torpağa görə axtardıqlarını söyləyib:"Mən 80 sot torpağı xəstə vaxtı əskiyə büküb atdığınız Ayaza verilməsi üçün iddia qaldıracam. Ayaz bu gün torpağa görə axtarılır". 

Ayazı saxlayan qadın bildirib ki, 1981-ci ildə ailə qurmuşam:"1993-cü ilə kimi 3 övladım doğuldu öldü. Sonda həyat yoldaşım dedi ki, Allah bizə övlad vermirsə bizdə uşaq evindən götürək. O dövrdə bizə dedilər ki, Lənkəranda uşaq evin həyətinə 6 aylıq körpə atıblar. Məndə icra hakimiyyətin əli ilə uşağı övladlığa götürdüm. Uşaq xəstə olduğuna görə üzərinə 2-3 həkim gətirilmişdi. Gördüm ki, uşağı lüt, bir əskiyə büküblər. Ağlamağa başladım. Ayaz məktəbə gedəndə həyat yoldaşın dünyasını dəyişdi. Oğlumuzun tutmaları olurdu. Həyat yoldaşım buna dözə bilməyib vəfat etdi. Mən özüm yeməkxanada işləyərək Ayazı böyütmüşəm.Ağlamaqdan gözümün nurunu itirmişəm. Ayazın bu gün 26 yaşı var. Ailəsi indimi ayılıb. Mən oğlumu onlara verən deyiləm. Uşaq xəstə ola-ola bir əskiyə büküb atanda harda olmusunuz. Ölsəmdə oğlumu onlara verən deyiləm". 
Ana ailəsi ilə birləşərək 6 aylıq körpəsini uşaqlar evinə atdı - FOTOLAR
Ana ailəsi ilə birləşərək 6 aylıq körpəsini uşaqlar evinə atdı - FOTOLAR
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube