•  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 
  •  – 100 deputat Merkelə müraciət etdi: Rusiyadan imtina et 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 

Qardaşını qətlə yetirən şəxsin işi üzrə apellyasiya protesti təmin edilməyib

Şirvan Apellyasiya Məhkəməsində qardaşını qətlə yetirən şəxs barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi  apellyasiya protestinə baxılıb.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan apellyasiya məhkəməsində hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Neftçala rayonu Mirqurbanlı kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Dadaş Cəfər oğlu barəsində olan hökmdən dövlət ittihamçısının (Aydın Əliyev) verdiyi apellyasiya protesti təmin edilməyib.

 

Dövlət ittihamçısı məhkumun cəzasının ağırlaşdırılmasını istəsə də, birinci instansiya məhkəməsinin verdiyi hökm qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, bu ilin aprel ayının 19-da Neftçala rayonu Mirqurbanlı kənd sakini, 26 yaşlı Əliyev Dadaş Cəfər oğlu ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı, 1994-cü il Əliyev Fərid Cəfər oğlunu odlu silahla qətlə yetirib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsi D. Əliyevi qətldə təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube