•  – Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib 
  •  – İlham Əliyev: Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindəndir 
  •  – Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi 
  •  – İnam Kərimovdan YENİ TƏYİNATLAR 

Dünya Azərbaycanlıları İttifaqı - Müraciət

Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə

Çox hörmətli Vladimir Vladimiroviç!

Çox hörmətli İlham Heydər oğlu!

Sizə müraciət etməyə məni təşkilatımızın  – Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın (‘’DAİ’’) bağlanması təhlükəsi vadar etdi. İttifaqımız təxminən 12 yaşındadır. Bu müddət ərzində biz öz işimizi vicdanla yerinə yetirərək bir çox Rusiya və Azərbaycan vətəndaşlarının, eyni zamanda digər ölkələrdəki çoxsaylı azərbaycan diasporunun rəğbət və hörmətini qazanmışıq. Beynəlxalq statusa malik İttifaqımızı məhz Rusiyada yaradaraq qarşımıza ən xoş məqsəd və vəzifələri qoymuşuq: bəşəri münasibətlər səviyyəsində ‘’xalq diplomatiyası’’ yolu ilə rusiya-azərbaycan münasibətlərinin möhkəmlənməsinə və azərbaycan diasporunun rusiya cəmiyyətinə sıx inteqrasiyasına kömək etmək. Mən hesab edirəm ki, bu gün Rusiya və Azərbaycan arasındakı dostluq münasibətləri digər ölkələr üçün, ilk növbədə də bəzi postsovet ölkələri və rusofobiyanın ağır formasından əziyyət çəkən və Rusiyanın hər xeyirxah niyyətində pis məna axtaran Qərbi Avropa ölkələri üçün gözəl nümunə olmalıdır.

Bu gün Rusiya və Azərbaycan dövlətləri arasındakı yüksək dostluq və isti münasibətlər müttəfiqlik və strateji xarakter daşıyır. Azərbaycan rəhbərliyi azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun layiqli oğlu – hazırkı Azərbaycan prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Rusiyanın milli maraqlarını nəzərə alaraq və onlara hörmət edərək sözün əsl mənasında müstəqil və çoxşaxəli siyasət yeridir. Ölkələrimiz arasındakı əlaqələr adi insani münasibətlər səviyyəsində də uğurla inkişaf edir. Rusiya ərazisində yaşayan və işləyən Azərbaycan vətəndaşları Rusiyanı özlərinin ikinci doğma evi hesab edirlər, RF vətəndaşı olan azərbaycanlılar isə əsl Rusiya vətənpərvərliyi nümayiş etdirərək rus dövləti və xalqı naminə Rusiyaya olan sədaqətlərini və sevgilərini öz dürüst və inadkar zəhmətləri ilə sübut etməyə çalışırlar. Bizim həmvətənlərimiz öz bilik, əmək və maliyyə resurslarını rusiya iqtisadiyyatının inkişafına qoyaraq iqtisadi cəhətdən Rusiyanı dünyanın ən çiçəklənən ölkəsi kimi görmək istəyirlər.

Biz Rusiyaya olan sevgimizi rusiya şəhərlərində ticarət sahəsində çalışan azərbaycanlı iş adamlarına da aşılamağa çalışırıq. Bununla əlaqədar olaraq “Dünya Azərbaycanlıları İttifaqı”  yarandığı ilk gündən həmyerlilərimiz üçün belə bir tezis irəli sürüb: ‘’Rusiyanı sevirsənsə, onun qanunlarına əməl et və nümunəvi vergi ödəyicisi ol’’.

Bizim İttifaqımız heç vaxt siyasətə qarışmayıb və ictimai-humanitar məsələlərlə məşğul olur. Biz hər zaman Azərbaycan və Rusiya Prezidentlərinin siyasətlərinə hərtərəfli dəstək olmuşuq və olmağa davam edirik. Biz heç zaman “Dünya Azərbaycanlıları İttifaqı” nın Rusiya və Azərbaycan hakimiyyətlərinə siyasi etimadsızlığı kimi qiymətləndiriləcək kiçik bir səhvə də yol verməmişik. Ölkələrimizin Prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən aparılan siyasəti tam dəstəkləyərək Rusiyada və Azərbaycanda ictimai-siyasi sabitlik tərəfdarıyıq. Prezident İlham Əliyevin siyasəti göstərdi ki, Azərbaycan Rusiyanın yalnızca postsovet məkanında yox, həm də bütün dünyada ən etibarlı və iqtisadi cəhətdən ən sərfəli strateji tərəfdaşıdır. Ondan başqa, Prezidentlər Heydər Əliyevin və İlham Əliyevin hərtərəfli dəstəyi, eyni zamanda azərbaycan sərhədçilərinin və xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı sayəsində qardaş Rusiya Şimali Qafqazda vəziyyəti sabitləşdirməyə nail ola bildi.

Lakin, son zamanlar Rusiya Fedarasiyasının Ədliyyə nazirliyinin təşəbbüsü ilə bizim təşkilatımız ətrafında baş verən dram heç cür Rusiya və Azərbaycan arasındakı dostluq və müttəfiqlik münasibətləri salnaməsinə sığmır. Bu ilin yanvar-fevral aylarında “Dünya Azərbaycanlıları İttifaqında” RF Ədliyyə Nazirliyi tərəfindən aparılan son ‘’planlı yoxlama’’ təşkilatımız üçün çox pis nəticələr yaratdı. RF Ədliyyə Nazirliyi bu yoxlamanın yekunu olaraq Rusiya Ali Məhkəməsinə “Dünya Azərbaycanlıları İttifaqı’’ nın ləğv edilməsi tələbilə inzibati iddia göndərib.  Rusiya Ali Məhkəməsi isə öz növbəsində RF Ədliyyə Nazirliyinin müraciətinə gözlənilmədən baxmaq qərarı verib və “Dünya Azərbaycanlıları İttifaqı’’ nın işi ilə əlaqədar bu ilin 1 dekabr tarixinə məhkəmə iclası təyin edib. Adətən Rusiya Ali Məhkəməsi kimi yüksək məhkəmə instansiyalarında belə inzibati işlər aylarla öz növbəsini gözləyir. İttifaqımızın işi ilə bağlı RF Ədliyyə Nazirliyinin sərt mövqeyi, həmçinin təşkilatımızın taleyini tez-tələsik həll etmək üçün Rusiya Ali Məhkəməsinin hazırlığı bizə belə düşünməyə əsas verir ki, Rusiyanın müvafiq hakimiyyət strukturları ‘’DAİ’’ yə münasibətdə ədalətsiz mövqe tutublar.

“Dünya Azərbaycanlıları İttifaqı’’ nın bundan sonrakı taleyi ilə bağlı narahatçılığımız bir neçə halla bağlıdır ki, bu hallar dolayısı ilə RF Ədliyyə Nazirliyinin bizim İttifaqı bağlamağa çalışması qərarının ədalətsiz və qəribə olmasına dəlalət edir. Birincisi, keçmiş planlı və digər yoxlamalardan fərqli olaraq son planlı yoxlama başlanğıcdan daha miqyaslı idi. Və yoxlamanın tələbləri də bu dəfə çox sərt idi. Yoxlamanın gedişatında RF Ədliyyə Nazirliyinin nümayəndələrinin İttifaqımızı bağlamaq, bizə isə qeyd edilən pozuntuları aradan qaldırmaq üçün imkan verməmək istəyi açıq-aşkar hiss olunurdu. Bununla belə biz bütün çatışmazlıqları operativ olaraq aradan qaldırdıq və bütün zəruri sənədləri tez bir zamanda RF Ədliyyə Nazirliyinə təqdim etdik.

İkincisi, təşkilatımızdakı son yoxlama zamanı ortaya çıxan pozuntular kritik deyildi, Rusiya Ali Məhkəməsində baxılan ‘’DAİ’’ işinin inzibati xarakterli olması da əslində bunu göstərir. Bizim İttifaqımız heç vaxt ciddi hüquq pozuntularına yol verməyib. Bizim işimizlə tanış olan hüquqşünaslar deyirlər ki, təşkilatımız tərəfindən yol verilən həmin pozuntular standartdır və onlara demək olar ki, yoxlama zamanı digər təşkilatların mütləq əksəriyyətində də rast gəlinir. Arqumentimin dəlilsiz olmaması üçün yoxlama zamanı ortaya çıxan pozuntulara misal göstərirəm. Məsələn, bizi ‘’RF qanunvericiliyini və öz Əsanaməmizin müddəalarını kobud surətdə pozmaqda’’ ittiham etdilər. Ədliyyə Nazirliyinin hüquqşünaslarının ‘’kobud’’ hesab etdikləri pozuntuların məğzi ondadır ki, İttifaqın adında onun fəaliyyətinin xarakteri göstərilməyib, İttifaqın Əsasnaməsində isə sadalanan fəaliyyət növləri arasında yazılıb ki, o qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növləri ilə də məşğul ola bilər, eyni zamanda Əsasnamədə həddən artıq məqsəd və vəzifələr müəyyən edilib. Halbuki, Rusiya dövlət orqanlarında qeydiyat zamanı ictimai təşkilatların və digər qurumların əsasnamələrində bu qədər həcmdə fəaliyyət növlərinin, məqsəd və vəzifələrin yazılması adi haldır. Bundan başqa, RF Ədliyyə Nazirliyində ‘’DAİ’’ nin Əsasnaməsini sərt tənqid edərək, həm də bildirdilər ki, burada İttifaqın rəmzləri təsvir edilməyib.

Amma, ‘’DAİ’’ nin Əsasnaməsində ortaya çıxan bütün bu çatışmazlıqlar onunla bağlıdır ki, həmin əsasnaməni 11 il əvvəl elə həmin Ədliyyə Nazirliyi qəbul edib. Ötən müddət ərzində ictimai təşkilatların fəaliyyətini tənzimləyən rusiya qanunvericiliyi mütəmadi olaraq dəyişib və biz bu dəyişikliklərə heç də həmişə vaxtında çatdırıb reaksiya verə bilməmişik. Son yoxlamadan sonra biz ‘’DAİ’’ nin rusiya qanunvericiliyindəki bütün yenilikləri nəzərə alan və bütün müasir tələblərə cavab verən Əsasnaməsini RF Ədliyyə Nazirliyinə təqdim etdik. Buna baxmayaraq Ədliyyə Nazirliyində Əsasnaməmizin yeni redaksiyasına heç ümumiyyətlə baxmadılar.

Bu arada qeyd edim ki, ‘’DAİ’’ nin fəaliyyəti barədə bütün zəruri hesabatlar tərəfimizdən tam həcmdə və vaxtında müvafiq Rusiya dövlət orqanlarına verilib. Mövcud olduğu 11 il ərzində təşkilatımızı demək olar ki, hər il bütün səlahiyyətli dövlət orqanları, o cümlədən Ədliyyə Nazirliyi yoxlamış və “Dünya Azərbaycanlıları İttifaqı” nın fəaliyyətinə dair onların heç birinin ciddi iradları olmamışdır. Rusiyanın bütün səlahiyyətli orqanları müəyyən etmişlər ki, ‘’DAİ’’ mütəmadi olaraq maliyyə uçotunu aparıb, aylıq və rüblük olaraq bütün zəruri hesabatları vergi müfəttişliyinə və digər dövlət orqanlarına təqdim edib.

Lakin, Ədliyyə Nazirliyi tərəfindən bu il aparılan belə ‘’sərt’’ yoxlama ilə biz ilk dəfə qarşılaşırıq. Həm də, həmin idarənin ‘’DAİ’’ barəsində hər bir yeni qərarı hətta bizim ən bədbin gözləntilərimizi də aşır.

İcazənizlə, təşkilatımız haqqında qısa məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” 09 mart 2005 ci ildə mən – Fizuli Məmməd oğlu Məmmədov tərəfindən bir sıra digər regional ictimai təşkilatlarla və diasporla birgə təsis edilib. Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” hüquqi şəxs – ictimai təşkilatların beynəlxalq ittifaqıdır. Eyni zamanda ‘’DAİ’’ beynəlxalq statusa malik ictimai təşkilatdır.

Bu gün İttifaqımız ‘’DAİ’’ üzvlərinin olduğu və ya filial və nümayəndəliklərinin açıldığı bütün ölkələrin ərazisində fəaliyyət göstərir. Xüsusilə hal-hazırda ‘’DAİ’’ Rusiyada, Türkiyədə və çoxsaylı azərbaycan diasporunun olduğu bir sıra Avropa və MDB ölkələrində öz nümayəndəliklərini açıb.

İndi bizə Rusiya Ali Məhkəməsinin qərarını gözləmək qalır. Biz qətiyyən rusiya məhkəmə instansiyalarının qərarlarının ədalətliliyinə və qanuniliyinə şübhə etmirik. Ancaq, RF Ədliyyə Nazirliyinin təşkilatımıza qarşı gözlənilməz və olduqca sərt münasibəti qorxmağa əsas verir ki, RF Ali Məhkəməsində də tale bizdən üz döndərə bilər. Bununla əlaqədar olaraq, Sizdən çox xahiş edirəm ki, “Dünya Azərbaycanlıları İttifaqı” na münasibətdə ədalətin bərqərar olmasında və Rusiya və Azərbaycan xalqları naminə bundan sonrakı fəaliyyətimizdə də öz dəstəyinizi göstərəsiniz.

Səmimi və dərin hörmətlə,Fizuli Məmməd oğlu MəmmədovBeynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın Sədri

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube