Bölmə: Siyasət
Baxış sayı: 99
10-01-2017, 21:54

“Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq”


Shefeq.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə bizim qarşımızda dura bilməyəcəklər”.