•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

Əhalinin qida təhlükəsizliyi ilə bağlı sənəd Milli Məclisdə

Milli Məclisin 2019-cu il payız sessiyasında "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Bu barədə BiG.AZ-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

E.İbrahimov qanun layihəsinə hər hansı dəyişikliyin olub-olmaması haqqında təfərrüatları açıqlamaq istəməyib. Bununla belə, qeyd edib ki, sənəd üzərində ciddi iş gedir.

Onun sözlərinə görə, Aqrar siyasət komitəsi sözügedən qanun layihəsinin işlər planına daxil edilməsinə çalışacaq.

Deputat onu da əlavə edib ki, sentyabrın 20-də komitənin iclası keçiriləcək.

Qeyd edək ki, 2019-cu ilin fevralında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Qida Təhlükəsizliyi haqqında" qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdi.

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal edilən qida məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması qanun layihəsində öz əksini tapıb.

Həmçinin istehlakçıların hüquqlarının qorunması və digər məsələlər qanun layihəsində vurğulanır.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube