Bölmə: Siyasət
8-01-2017, 23:09

Bu gün Azərbaycan Atatürk Mərkəzində Dünya Alpaqut Federasiyasının (türk döyüş idman növlərini özündə əks etdirən fedderasiya - red.) növbədənkənar toplantısı baş tutub


Shefeq.az Qaynarinfo.Az-a istinadla xəbər verir ki, toplantıda struktur dəyişikliyi həyata keçirilib. Dünya Alpaqut Federasiyasının 1-ci vitse-prezidenti vəzifəsinə millət vəkili Qənirə Paşayeva seçilib.

Qeyd edək ki, Qənirə Paşayeva noyabrda türk dünyasına xidmətlərinə görə Azərbaycan Alpaqut Federasiyasının fəxri üzvü elan olunmuş, həmin qurumun prezidenti Aqil Acalov tərəfindən diplomla mükafatlandırılmışdı.

loading...