21-12-2016, 15:36
Mingəçevirli şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva zəng eləmişdi. Dedi ki, bir neçə gündür ki, xəstədir və halhazırda Mingəçevir xəstəxanasında müalicə alır.
Şəhidin yoldaşı biildirdi ki, xəstəxanada həkimlər ona çox yaxşı baxır və heç bir xidmət üçün haqq tələb etmirlər:
" Özümü pis hiss edirdim, getdim xəstəxanaya. Orada dedilər ki, qal, müayinə edək. Və Rüxsarə xanım müayinə etməyə başladı. Müalicəm yaxşı gedir, mənə yaxşı baxırlar. Həkimlərə öz təşəkürümü bildirmək istəyirəm. Vətən şəhidiniə qiymət verməyi bacarırmış. Onlar mənə yaxşı baxır ki, mən də sağalım uşaqlarımın başının üstündə dura bilim".
Halhazırda şəhidin xanımını nevropotoloq Rüxsarə Məmmədova müalicə edir. 
Daha sonra şəhidin xanımı hisslərini də bölüşdü: " Rahim üçün darxıram. Hər an gözümün qarşısındadır. O qədər ağladım, o qədər əzab çəkdim ki, xəstəliyə düşdüm. Niyə axı mən onu itirdim. Təsəllini balalarımla tapıram. O da ki, belə. Hər il yeni il ərəfəsində bizi gəzdirərdi, bazarlıq edərdi. İndi bomboşam. Sanki həyatımdan nəyisə qoparıb çıxarıblar. Yeri göynüyür. Belə yaşaya bilmirəm. İnanın elə doluyam ki".


 
loading...