•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

"Xaricdən işçi cəlb edin", "Ayağınızı yorğanınıza görə uzadın" - Deputatların qalmaqallı sözləri

Azərbaycanda deputatların gündəlik həyatda baş verən hadisələrə fikir bildirməsi xalq tərəfindən müzakirə edilir. Eyni zamanda Milli Məclisin iclası zamanı millət vəkillərimizin təklifləri əhali tərəfindən birmənalı qarşılanmır. Bu isə bəzən xalqın qəzəbinə səbəb ola bilir.

BiG.AZ həmin qalmaqallı açıqlamalın bəzilərini oxuculara təqdim edir:
"Xaricdən işçi cəlb edin", "Ayağınızı yorğanınıza görə uzadın" - Deputatların qalmaqallı sözləri

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Aydın Hüseynovun ölkədəki işsizlik problemi ilə bağlı səsləndirdiyi fikirlər də cəmiyyət tərəfindən birmənalı qarşlanmamışdı. Deputat bildirmişdi ki, Azərbaycanda işçilərə ehtiyac yaranacağı üçün xarici ölkələrdən işçilər dədvət edilməlidir:

"Əgər kimsə hesab edirsə ki, Azərbaycanda iş yerlərinin sayı azalır, onlar səhv fikirləşirlər. Əksinə, Azərbaycanda iş yerləri daha da çoxalır. Yaxın gələcəkdə bu daha da çox olacaq. Hətta, yaxın gələcəkdə Azərbaycanda işçilərə ehtiyac yaranacağı üçün biz ölkəmizdə əmək bazarına xarici ölkələrdən insanları dəvət edəcəyik. Çünki Azərbaycanda iş yerlərinin sayı getdikcə daha da çoxalır".

"Xaricdən işçi cəlb edin", "Ayağınızı yorğanınıza görə uzadın" - Deputatların qalmaqallı sözləri

Deputat Hadı Rəcəblinin Azərbaycanda sosial şəbəkələrin bağlanması ilə bağlı çağırışı mətbuatda geniş müzakirə mövzusuna çevrilmişdi. 
Bundan əlavə deputat müəllimlərə işdən sonra fəhləlik etməyi təklif etmişdi. 

O bildirmişdi ki, əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır: “Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki? Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir”. 

"Xaricdən işçi cəlb edin", "Ayağınızı yorğanınıza görə uzadın" - Deputatların qalmaqallı sözləri

Azərbaycanın Biləsuvar rayonunda məcburi köçkünlərin etiraz aksiyasından sonra 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş mərhum deputat Astan Şahverdiyevin sözləri sosial mediada narazılıqla qarşılanmışdı. 

Belə ki, o, açıqlamasında bildirmişdi ki, bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb: "Mən nəşəli deməzdim, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları"dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da... Hər yerdə belə tör-töküntülər var."

"Xaricdən işçi cəlb edin", "Ayağınızı yorğanınıza görə uzadın" - Deputatların qalmaqallı sözləri

Deputat Aqil Abbas işsizliklə bağlı söylədiyi fikirlər etiraza səbəb olmuşdu. 


O bildirmişdi ki, Amerikada, İngiltərədə, Fransada və ya Türkiyədə də hamı işlə təmin edilməyib: "Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla. Məsəl üçün deyirəm ha bunu. Mən də istəyərəm hamı işlə təmin olunsun. İşsizlik problemi ölkədə var, bunu kimsə danarsa, axmaq adam olar. Sadəcə, bütün dünyada gedən iqtisadi böhran var, problemlər var”.

"Xaricdən işçi cəlb edin", "Ayağınızı yorğanınıza görə uzadın" - Deputatların qalmaqallı sözləri

Milli Məclisin sədrinin müavini Bahar Muradovanın ifadələri də narazılığa səbəb olmuşdu. 
O bildirmişdi ki, media yazır ki, gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı o, büdcənin gərgin qlobal və ölkədaxili şərait nəzarə alınaraq hazırlandığını deyib: "Hər kəs ayağını yorğanına görə uzatmalıdır".

"Neftin dünya bazarında ucuzlaşması və manatın devalvasiyası tələb edir ki, insanlar qənaət rejiminə keçsin, əhali yoxsul yaşamağa öyrəşsin, 2017-ci ilin daha çətin olacağını nəzərə alaraq hökumətdən gözləntilərinizi sonraya saxlayın".

"Xaricdən işçi cəlb edin", "Ayağınızı yorğanınıza görə uzadın" - Deputatların qalmaqallı sözləri

Deputat Hüseynbala Mirələmovun insanlara "ayağınızı yorğanınıza görə uzadın" fikirləri də narazılıqla qarşılanmışdı: "Ayağınızı yorğanınıza görə uzadın. Azdır, az ye, çoxdur, çox ye. Adamlar var, çörək yemir, ət yemir, balıq yemir, başqa şey yemir ki, forma saxlayır. Yəni demək istəyirəm ki, çox yemək insanı tez qocaldır". 

"Xaricdən işçi cəlb edin", "Ayağınızı yorğanınıza görə uzadın" - Deputatların qalmaqallı sözləri

Milli Məclisin Regional məsələlər və Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvü Tahir Rzayevin döyülən, şiddət görən qadınlar barəsində açıqlaması müzakirələrə səbəb olmuşdu. 

O bildirmişdi ki, heç vaxt yürüyən ata qamçı vurmurlar: “Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də!”

"Xaricdən işçi cəlb edin", "Ayağınızı yorğanınıza görə uzadın" - Deputatların qalmaqallı sözləri
Deputat Fazil Mustafa isə Şah İsmayıl Xətai haqda qalmaqal yaradan fikirləri ilə mətbuatda birmənalı qarşılanmamışdı. 

Deputat qeyd edib ki, Səfəvi milli dövlət deyil və onu nümunə götürmək mənasızdır: “Azərbaycanda yanlış təfəkkür var ki, guya bu dəyərlər bizə imperiya yaradıb, böyük dövlət qurub. Bunlar hamısı boş, əsassız fikirlərdir. Xətainin qoyub getdiyi dəyər, tutduğu ərazilər İranın işinə yarayan bir bazadır. Səfəvi ideologiyası həm İslamın parçalanmasına, həm də Azərbaycanda irançı düşüncələrin formalaşmasına səbəb olub. Xətainin düşüncəsi ilə hərəkət etsək, Türkiyə başda olmaqla, çevrəmizdəki türk arealı ilə düşmən olmalıyıq. Səfəvi milli dövlət deyil. Bu baxımdan, bunu ideallaşdırmağın mənası yoxdur”
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube