4-11-2016, 10:39
Azərbaycan mədəniyyəti, adət-ənənələri, zəngin tarixi irsimizin dünyaya çatdırılması istiqamətində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının əvəzsiz rolu var. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri, təşkilat və qurumlarının müntəzəm olaraq təşkil etdiyi bu kimi tədbirlər Azərbaycan mədəniyyəti barədə dünya ölkələrində dəqiq, obyektiv təssürat yaradır. Bu mənada Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun gördüyü işlər də təqdir olunmalıdır. Məlumat üçün qeyd edək ki, fən müntəzəm olaraq öz şəxsi hesabına Azərbaycanın yazıçı və şairlərinin, tanınmış qələm adamlarının kitablarını rus və qırğız dillərinə tərcümə edərəki onların Qırğızıstanda pulsuz yayımını təşkil edir. Fondun prezidenti Nüsrət Məmmədov deyir ki, rəhbərlik etdiyi təşkilat öz prinsipinə sadiq qalaraq kitablar tərcümə etdirib onların nəşrinə nail olur: "İndiyə qədər 85 kitab tərcümə və nəşr olunaraq pulsuz paylanıb. Qarşıdakı müddətdə də daha bir neçə kitabın tərcümə edilərək nəşr olunması və pulsuz paylanması nəzərdə tutulur. Məqsədimiz mədəniyyətimiz, tariximizi təbliğ etməkdir. Əgər dünyadakı Azərbaycan diaspor təşkilatlarının hərəsi 5 kitabı yaşadıqları dövlətlərin dilinə tərcümə etdirib onların nəşrinə nail olsa və pulsuz yayımını təşkil etsə, Azərbaycan həqiqətlərini ani bir vaxtda dünyaya çatdırmış olarıq. Bu da Prezidentimiz İlham Əliyevin Dünya Azərbaycanlılarının Dördüncü qurultayında etdiyi tövsiyələri layiqli yerinə yetirməmiz deməkdir". Nüsrət Məmmədov diqqət çatdırıb ki, hazırda tərcüməsi olunub nəşrə hazırlanan kitablar da var: "Bunlar aşağıdakılardır. Kanıbəy İmanəliyevin müəllifi olduğu "Qırğızlar (vətən haqqında söz)" kitabı Azərbaycan dilində nəşr olunacaq. Artıq kitab hazırdır. Kitabı Azərbaycan dilinə fondun sifatişi ilə Münisə Dadaşqızı tərcümə edib . Həmçinin S. Beqaliyevin "1916 cı il Üsyanı" kitabı Azərbaycan dilində işıq üzü görəcək. Qeyd edilən kitab da artıq hazırdır. Kitabı Azərbaycan dilinə fondun sifatişi ilə Münisə Dadaşqızı tərcümə edib Bundan başqa ingilis, rus, türk və qırğız dillərində ali məktəblər üçün dərs vəsaiti olan "Manas" monoqrafiyası hər dildə, ayrıca kitab şəklində hazırlanıb. Türk dilindən qırğız dilinə tərcümə edilmiş "Osmanlı İmperiyası və Türk Cümhuriyyəti" kitabı da artıq hazırdır.-Kitabı türk dilindən qırğız dilinə fondun sifarişi ilə K. Ömürzakov tərəfindən tərcümə olunub. Rus tarixçi alimi Oleq Kuznetsovu "Transmilli erməni terroru" kitabı, Bəxtiyar Tuncayın müəllifi olduğu "Qafqaz Albanlarının əlyazma irsi" kitabının 2 cildi rus dilində hazırlanıb. Eyni zamanda qırğız dilində Azərbaycan xalq nağılları hazırlanıb. Kitabı qırğız dilinə fondun sifarişi ilə Mukan Asanaliyev tərcümə edib". Fond rəhbəri qeyd edib ki, həmçinin yazıçı-publisist Yunus Oğuzun "Şah arvadı və cadugər" kitabı qırğız dilində, millət vəkili Musa Qasımlının "Anadolu və cənubi Qafqaz 1724-1920 illərdə tarixi ədalətin axtarışında" kitabı rus dilində və  Rəsul Rzanın seçilmiş əsərlərinin ikicildliyinin 1 cildi qırğız dilində- (Mukan Asanaliyev və Bakıt Junusaliyevin tərcüməsində) hazırlanıb". Nüsrət Məmmədov onu da bildirib ki, "Dovlətlərarası Media və Diplomatiya Mərkəzi" ictimai Birliyinin xətti ilə əsas məqsədlərdən biri olan Türkdilli Dövlətlərin və Dünya Azərbaycanlılarının ortaq mediasını yaratmaq və mədəniyyətimizi, dövlətçiliyimizi və bərabərhüquqlu siyasi xətt ilə yanaşı, dünya mətbuatı üzərindən həqiqətləri, separatizmə qaşı təbliğat aparmaq da başılca vəzifədir: "Dünyada baş verən hadisələrə Türkdilli dövlətlərin siyasətçilərinin fikirlərinin yalnız öz mediasında deyil, o cümlədən qlobal problemlərin həllində də onların fikir və təkliflərinin dünya mətbuatında təbliğatının aparılması, qlobal mövzularda beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq tədbirlədə separatizminin ifşa edilməsi; beynəlxalq qeyri hökümət və dövlətlərarası təşkilatlarla əlaqələrin qurulması və birgə layihələrin keçirilməsi, Birliyinin məqsədlərinə uyğun olaraq, ölkə daxilində və xaricdə təhsil, səhiyyə, idman, ekologiya və digər vacib sahələrdə əlaqələrin qurulması ilə bağlı qlobal layihələrin reallaşdırılması; xarici KİV-lərdə çalışan xarici, professional jurnalistlərin Türdilli ölkələrdə ödənişsiz "master klass"ların təşkil etdilməsi qarşımıza qoyulan məqsədlər sırasındadır. Həmçinin çalışırıq ki, dünya mediasına çıxışı təmin etməklə, mütəmadi jurnalistlərin təcrübə proqramı çərçivəsində treninqlərdə iştirakını təmin edək. Jurnalistlərimizin Avropaya müxtəlif mədəni tədbirlərlə inteqrasiyasi, onların hər sahədə ayrı-ayrılıqda uğurlarının genişləndirib, inkişaf etdilməsi, gənc jurnalislərdə dövlətçilik hisslərinin aşılanması nəzərdə tutulur. Planlaşdırdığımız bu tədbirləri həyata keçirmək üçün Türkdilli dövlətlər qurumuna daxil olan dövlətlərin də dəstəyi vacibdir".
loading...