•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

Niderlandakı müvəqqəti işlər vəkili KSQT baş direktoru ilə görüşdü

Bu ilin 6 sentyabr tarixində Kimyəvi Silahların Qadağan olunması Təşkilatının (KSQT) yeni seçilmiş Baş Direktoru Fernando Arias ilə Azərbaycan Respublikasının Niderland Krallığındakı müvəqqəti işlər vəkili C.Mirzəyev arasında ikitərəfli görüş keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Niderland Krallığında  səfirliyidən məlumat verilib. Bildirilib ki, görüş çərçivəsində F.Arias 2017-ci ildə KSQT baş direktoru seçkiləri zamanı Azərbaycanın ona göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.

Qarşılıqlı səmimi söhbət şəklində keçən görüşdə kimyəvi silahların ləğvi ilə bağlı KSQT-nin cari və gələcək fəaliyyəti, Azərbaycanın KSQT-nin İcraiyyə Şurasındakı hazırkı üzvlüyü və 2019-cu ilin II yarısından başlayaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, KSQT-nin yeni yaradılacaq laboratoriyası, Azərbaycan və KSQT arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.





Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube