•  – İşçi qrupun rəhbəri: "Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək" 
  •  – Nazir müavini: "Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin tərəfdarıyıq" 
  •  – MSK daha 5 məntəqənin nəticələrini LƏĞV ETDİ 
  •  – Ağ Ev: Tramp Ərdoğanla telefon danışığında İdliblə bağlı narahatlığını çatdırıb 

Hamilə qadına böyrək daşı diaqnozu qoyan həkim iki uşağın ölümünə səbəb oldu

Türkiyənin Bolu şəhərində beş aylıq hamilə qadına böyrək daşı diaqnozu qoyublar.

DHA-nın xəbərinə görə, 24 yaşlı Gülər Kılıç qarnında sancı şikayəti ilə xəstəxanaya gəlib.

O, əri Mehmet Rəsul ilə Qadın Doğum və Uşaq xəstəxanasına gəlsə də, onları urologiya şöbəsinə yönləndiriblər.

Əli ilə qadına diaqnoz qoyan həkim onun böyrəyində daş olduğunu və bu səbəbdən də sancıların mümkünlüyünü deyib.

Həftəsonu olduğundan qadın həmin şöbəyə gedə bilməyib. Evə qayıdan qadının yenidən sancıları tutub və o, yenidən eyni xəstəxanaya gəlib.


Həkimlər onu müayinə edərək eyni diaqnozla evinə göndəriblər. Evdə qadında dəhşətli ağrılar və qanaxma baş verib. Əri onu təkrar eyni xəstəxanaya aparıb.

Bu dəfə xəstəxanada onlara əkiz uşaqlarının ana bətnində öldüyü deyilib.

Mehmet Rəsulun qəzəbləndiyini görən müayinə həkimi və katibəsi otağın pəncərəsindən tullanaraq qaçıblar.

Kılıç ailəsi vəziyyətlə bağlı polisə müraciət edib.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube