Bölmə: Səhiyyə
Baxış sayı: 114
6-01-2017, 12:25
Goranboyda 50-dən çox uşaq kəskin respirator virusuna yoluxub. Təkcə dünən 10-dan artıq belə fakt aşkarlanıb. Uşaqlarda əsasən halsızlıq və yüksək hərarət hiss edilib

Goranboyda uşaqlar arasında virus yayılıb. Rayon Mərkəzi Xəstəxanasına son 5 gün ərzində 50-dən çox azyaşlı müraciət edib. Yüksək hərarət, öskürək və tənəffüs çatışmazlığı ilə bağlı narahatlıq keçirən 1-5 yaş arası uşaqlar xəstəxanaya çatdırılıb.

Pediatr Təranə Həsənovanın sözlərinə görə, müxtəlif yaşlı uşaqlarda günün ikinci yarsından sonra halsızlıq, yüksək hərarət artaraq ağırlaşma halaları müşahidə olunur. Virusa yoluxanlara ilkin yardım göstərilib

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin daş direktorunun müavini Afaq Əliyevanın sözlərinə görə, bu xəstəliklər ölkə ərazisində mövsümü xarakter alan kəskin respirator virus infeksiyalarıdır. İndiyə qədər bu virusa yoluxanların 258-dən nümunələr götürülüb, ancaq hələ ki, qrip virusu aşkarlanmayıb.

Afaq Əliyeva bu məsələdə valideynlərin bəzi nüanslara diqqət etmələrini tövsiyyə edir.

Afaq Əliyevanın sözlərinə görə, kəskin respirator virusunun yayılmasına qarşı idarə tərəfindən davamlı olaraq dezinfeksiya tədbirləri aparılır.