•  – Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür 
  •  – XİN Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇILQLAMA YAYDI 
  •  – "Dövlət bayrağı haqqında" qanuna dəyişiklik edilir 
  •  – Prezident daha bir Xalq artistinə mənzil hədiyyə etdi - FOTO 

Azərbaycanda malyariya ocaqları lokallaşdırılmayacaq...

Azərbaycanda bu il malyariya ocaqlarında dezinfeksiya tədbirləri aparılmayacaq. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov məlumat verib.
S.Məmmədov bildirib ki, ölkəmizdə malyariya ocaqları daim nəzarətdə saxlanılsa da, xəstəlik qeydə alınmadığından Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə zəhərli kimyəvi maddələrdən istifadə edilmir. Şöbə müdiri qeyd edib ki, artıq bir neçə ildir ki, ÜST tərəfindən malyariya ağcaqanadları ilə mübarizə üçün dərman verilmir.

S.Məmmədovun sözlərinə görə, ölkəmizdə 2015-ci ildən yerli malyariya qeydə alınmayıb. Ölkəmiz malyariya xəstəliyinə görə eliminasiyaya nail olub. Şöbə müdiri bildirib ki, Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb: "Bu, əsasən ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı olub. Kür-Araz və Lənkəran düzənliklərində 1997-ci ildə baş vermiş daşqınlar vəziyyəti daha da pisləşdirmişdi. 1997-ci ildən başlayaraq genişmiqyaslı epidemiyaya nəzarət işləri nəticəsində ölkəmizdə malyariya ilə bağlı vəziyyət yaxşılaşmağa başlayıb. 2015-ci ildən isə xəstəliklə bağlı eliminasiyaya nail olunub".
S. Məmmədov lokal ərazilərdə müraciət olduğu halda ərazi dezinfeksiya şöbələri ilə müqavilə bağlandığını, dezinfeksiya tədbirlərinin aparıldığını söyləyib.


Read more: https://sputnik.az/health/20190622/420847624/azerbaycanda-malyariya-ocaqlari-dermanlanmayacaq.html
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube