•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

"Kaş uşağın barmağını qaytara bilərdik" - Muradı yanlış əməliyyat etdiyi iddia olunan həkim danışdı

Xəbər verdiyimiz kimi, Pərvanə Şaldyeva redaksiyamıza müraciət edərək həkim Vaqif Qələndərlinin yanlış əməliyyatı nəticəsində oğlu Murad Şaldyevin barmağının yarısının kəsildiyini iddia edib.

Bununla bağlı BiG.AZ həkim Vaqif Qələndərli ilə əlaqə saxlayıb. 

O, Pərvanə Şaldyevanın iddialarının əsassız olduğunu söyləyib: “Uşağın barmağı çox böyük bir daşın altında qalmışdı. Mənim yanıma gələndə barmaq çürüyüb qopmuşdu. Toxuma öləndən sonra mən neyləyə bilərəm? Biz uşağın valideynlərinə artıq o toxumaları yenidən qaytarmağın mümkün olmayacağını bildirmişik. Sadəcə 30 faiz ehtimal var idi. Hadisə olan zaman uşağı başqa xəstəxanaya aparıblar, ordan da evə gətiriblər. Bu cür ağır toxumalar 6 saat ərzində müdaxilə olmasa ölür. Həm uşağı zamanında gətirməyiblər, həm də aldığı travma çox ağır idi. Çox təəssüf edirəm ki, bu cür nəticələndi. Kaş uşağın barmağını qaytara bilərdik. Ananın acısını anlayıram. Amma neyləmək olar. Təbii ki, uşağı qorumaq lazımdır. Barmağına daş düşüb sınandan sonra həkim ona neyləsin? Uşağın aldığı zədə çox ağır idi".


Həkim sənədlərin saxtalaşması məsələsinə də toxunub: “İcazə kağızının saxtalaşdırılması məsələsi tamamilə yalandır. Sənədlərdə heç bir saxtalaşdırma olmayıb. Biz şəxsi əməliyyat etməmişdən əvvəl onun yaxınlarından imzalı icazə alırıq. Ondan sonra əməliyyat edirik”. 



"Kaş uşağın barmağını qaytara bilərdik" - Muradı yanlış əməliyyat etdiyi iddia olunan həkim danışdı
"Kaş uşağın barmağını qaytara bilərdik" - Muradı yanlış əməliyyat etdiyi iddia olunan həkim danışdı
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube