•  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 
  •  – 100 deputat Merkelə müraciət etdi: Rusiyadan imtina et 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 

Payızda hansı əməliyyatları etdirmək olar? - SİYAHI

Müasir tibdə bir çox əməliyyatlar az invaziv (az kəsikli) həyata keçirilir. Bu isə o deməkdir ki, əməliyyatlar praktik olaraq kəsiksiz və toxumaların minimum zədələnməsi ilə həyata keçirilir. Məhz buna görə də əməliyyat sonrası orqanizmin bərpası üçün çox az vaxt tələb olunur. Bir çox az invaziv əməliyyatlardan sonra xəstə 2 gündən sonra evə buraxılır.
Payız planlaşdırılan əməliyyatların əsl həyata keçirilmə zamanıdır.
Milli.Az medicina.az-a istinadən payızda həyata keçirilməsi məqsədəuyğun sayılan əməliyyatları təqdim edir:
Dayaq-hərəkət sisteminin əməliyyatları
Yay aylarında dayaq-hərəkət aparatına düşən fiziki gərginlik çox olduğundan dayaq hərəkət aparatının zədələnmə ehtimalı böyükdür. Bəzi zədələrin öz-özündən keçib getməsinə baxmayaraq bəzən cərrahi müdaxiləyə ehtiyac duyulur.
Müasir cərrahiyyədə oynaq əməliyyatları endoskopik yolla həyata keçirilir. Bu zaman dəridə 2-3 kiçik deşik açılır. Əməliyyatın özü isə bu deşiklərdən daxil edilən endoskop vasitəsilə aparılır. Göstərilən əməliyyatın reabilitasiyasına cəmi 1 gün kifayət edir. Bu cür əməliyyatla beldə, ayaqlarda olan problemlərdən birdəfəlik qurtulmaq mümkündür.  
Qarın boşluğunda olan yırtıqlar
Yırtıqlar kifayət qədər geniş yayılan xəstəliklərdəndir və çarəsi yalnız cərrahi əməliyyatdır. Yırtıq əməliyyatları da az invaziv həyata keçirilir, lakin əməliyyatdan sonrakı bərpa dövrü hərəkətlərin kəskin məhdudlaşdırılması ilə davam etdirilir. Qaçmaq, ağırlıq qaldırmaq və s. qətiyyən yolverilməzdir.
Damar əməliyyatları
Aortanın anevrizması, tromboemboliya, işemiya kimi həyat üçün təhlükəli halları çıxmaq şərtilə payızda həyata keçirilməsi əlverişli olan əməliyyatlardan biri də damar əməliyyatlarıdır. Damarların genişlənməsi, tromboflebit, dəri üzərində mara ulduzcuqlarının yaranması kimi bir çox damar problemlərini invaziv yolla aradan qaldırmaq mümkündür. Bərpa dövründə isə kompres bintləri və xüsusi corablardan istifadə olunmalıdır.
Plastik əməliyyatlar
Ən çox yayılan plastik əməliyyatlara  - rinoplastika (burun əməliyyatı), mammoplastika (süd vəzi əməliyyatları), blefaroplastika (göz qapaqlarının dəyişdirilməsi) və s. hesab olunur.  Bu əməliyyatlardan sonrakı bərpa prosesi kifayət qədər qısa müddətə baş verir. Amma ilkin göyərmələr və şişkinlik yalnız 2 həftədən sonra tamamilə sovrulur.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube