•  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 
  •  – 100 deputat Merkelə müraciət etdi: Rusiyadan imtina et 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 

SOS! Saxta dərmanlar: öldürür, şikəst edir... - Cinayətkarlar bundan milyonlar qazanır

Son aylar yerli KİV-in yaydığı məlumatlardan görünür ki, Azərbaycan təbabətinin ən köklü və məhvedici problemlərindən biri kondisiyasız və saxta dərman vasitələrinin geniş vüsət almış dövriyyəsidir. Doğrudur, təxminən son 20-25 ilin təcrübəsi göstərir ki, keyfiyyətsiz və saxta dərman vasitələrinin təbabətə geniş formada nüfuz etməsi dünyanın bütün ölkələrində müşahidə olunur.

Təəssüf ki, ölkəmizdə bu problem daha dərinə işləyib. Belə ki, son ayların məlumatlarına görə, Azərbaycana kondisiyasız və saxta (plasebo) dərman vasitələrinin gətirilməsi, satılmasının təşkili məsələlərində ümumilikdə, Səhiyyə Nazirliyi ittiham olunur. Başqa sözlə, bu nazirlik «dərman mafiyası» ilə işbirliyində günahlandırılır.

Buraya həm də sahə üzrə cavabdeh personalın qeyri-kompetentliyini də əlavə etmək lazımdır. Təəssüf ki, rəsmi dövlət (hökumət) strukturları bu informasiyaları araşdırmır...

Medicina.az problemin miqyasını və ictimai təhlükəsini nəzərə alıb, Cenevrə Beynəlxalq Araşdırmalar İnstitutunda doktor Tedros Adxanoma Herbereysusun «Kondisiyasız və saxtalaşdırılmış tibb məhsullarının əhalinin sağlamlığına, cəmiyyətə və iqtisadiyyata təsiri» mövzusundakı çıxışını (29 noyabr 2017-ci il) təqdim edir:

«Əlahəzrət, hörmətli qonaqlar, xanımlar və cənablar! Mən xeyli maraqlı hesabatların prezentasiyasında iştirak etməkdən məmnunam. Keyfiyyətli dərman insan sağlamlığı üçün çox əhəmiyyətlidir və səhiyyənin bütün sistemləri üçün lazımdır. Bizdən inkişaf etmiş ölkələrdə yaşayanlar qəbul etdikləri dərmanların gözlənilən təsiri göstərməyəcəyi barədə şübhələnməyə adət etməyiblər. Amma planetin bir çox bölgələrində dərman almaq xeyli riskli işə çevrilib. Bu problemdən daha çox aşağı və orta gəlirli ölkələr əziyyət çəkirlər. Ancaq kondisiyasız və saxta dərman vasitələrinin internet vasitəsilə satışı səbəbilə problem varlı ölkələri də getdikcə daha çox təhdid etməyə başlayır.

Başqa sözlə, bu problem bizim hamımız üçün aktualdır... Təsəvvür edin, siz dərman qəbul edirsiniz, gözləyirsiniz ki, o, sizin həyatınızı xilas edəcək, amma halınız getdikcə pisləşir və siz ölürsünüz!

Çox təəssüf ki, dövrümüzdə bu, xeyli yayılmış təzahürdür... 2011-ci ildə Pakistanda tərkibində təhlükəli qarışıq olan ürək preparatının qəbulu nəticəsində 200-dən artıq pasiyent ölüb, 850 pasiyent xəstəxanalıq olub. 2015-ci ildə Konqo Demokratik Respublikasında geniş yayılmış sedativ vasitə olan diazepam adı altında saxtasının qəbulu nəticəsində 11 nəfər ölüb, 1000 nəfərdən artıq adam isə xəstəxanaya yerləşdirilib. Kondisiyasız və saxta dərman vasitələri insanların sağlamlığını dağıdır və onlara lazım olan təbabət sistemini zəiflədir. Onlar həm də təbabətə və tibb mütəxəssislərinə inamı sarsıdır. İnam sarsıldıqda, lazım olsa da insan kömək üçün müraciət etmir və bu, insanın özünün və təbabətin problemini dərinləşdirir. Bu, problemin miqyasını və dərinliyini qiymətləndirmək fövqəladə qədər mürəkkəbdir. Kondisiyasız və saxta dərmanları aşkarlamaq çətindir və onların hərəkətini izləmək asan deyil.

Ona görə də bugünkü çıxışlar belə məhsulların doğurduğu nəticələrin dəqiq anlaşılması üçün çox vacib ilk adımdır. Çıxışlardan belə nəticəyə gəlmək olar ki, 88 ölkədən götürülmüş 50 min məhsul nümunəsinin təxminən 10-dan 1-i aşağı və orta gəlirli ölkənin payına düşür və saxtadır və ya keyfiyyət standartlarına uyğun gəlmir. Belə dərman ən yaxşı halda, heç bir təsir göstərmir və xəstəliyi yalnız uzadır. Pis halda isə şikəst edir, dərman dayanıqlığı problemini dərinləşdirir və öldürür. Xüsusi həyəcan doğuran hal odur ki, kondisiyasız və saxta hamısından çox, iki sinif dərmanlar olur: malyariya əleyhinə vasitə və antibiotiklər.


İnsanların həyatı bu dərmanlardan asılıdır!

Artemizin əsaslı terapevtik sxem malyariyaya qarşı mübarizənin əsasını təşkil edir. Bu, bizim son mübarizə hüdudumuzdur. Artemizin preparatını itirərkən, biz bu cəbhədə əldə etdiklərimizin hamısını itiririk. Ancaq bu sinif preparatlara qarşı Mekonq bölgəsində meydana gəlmiş «dayanıqlıq» artıq bir neçə ildir ki, inkişaf edir. Kondisiyasız və saxta dərman vasitələri bu məsələdə sonuncu rola malik deyil. Təsirə malik maddənin lazımi terapevtik miqdarı olmayan preparatlar dərman dayanıqlığı məsələsində yalnız «ocağa yağ tökür». Bu, tam halında, antibiotikdərə də aiddir».
ÐаÑÑинки по запÑоÑÑ antibiotik

Bundan başqa, çıxışda xüsusilə qeyd olunur ki, hər il insanlar kondisiyasız və ya saxta tibb məhsullarına milyardlarla dollar vəsait xərcləyirlər. Yeri gəlmişkən, xatırladaq ki, hələ 2006-cı ildə Bakı şəhərində Beynəlxalq gömrük təşkilatının xətti ilə bu mövzuya həsr olunmuş bir konfrans keçirilib. Həmin tədbirdə «Forin Ofis»in Baş xəfiyyəsi öz çıxışında qeyd etmişdi ki, transmilli «dərman mafiyası» hər il kondisiyasız və ya saxta dərman vasitələrinin dövriyyəsindən 500 milyard dollardan artıq gəlir əldə edir. Hesabatda daha sonra deyilir:

«Biz, bilirik ki, belə məhsul probleminin naqis yükü böyük nisbətdə, o ölkələrin üzərinə düşür ki, orada özəl vəsaitlər daha çox səhiyyə xidmətlərinə yönəldilir... Nə üçün belə çıxır? Bunun bir neçə səbəbi var. Kondisiyasız və ya saxta dərman vasitələrinə tələbatın hərəkətverici qüvvəsi keyfiyyətli dərmanların qiymət məsələsində hər kəs üçün əlçatan olmamasıdır. Müvafiq etibarlı mənbələrdən dərman almaq imkanlaları olmayan insanlar alternativlər axtarırlar. Bir çox ölkələrdə problem həm də kondisiyası olmayan və ya saxta dərman vasitələrinin təhlükəsi barədə əhalinin məlumatlılığının aşağı səviyyədə olması (hətta tibb mütəxəssisləri arasında!) ilə şərtlənir.

Dəqiq və yetərli qaydaların və ya bu qaydaların işləməsi üzərində yetərli nəzarətin olmaması hüquq vakkumu yaradır ki, cinayətkar ünsürlər həmişə bundan istifadə üçün hazır vəziyyətə olurlar.

Dərman vasitələrinin onlayn satışı isə elə bir bazar yaradır ki, həmin bazarın böyük hissəsi tənzimlənmir və izlənmir. Bəs, bununla necə mübarizə aparmaq olar? Biz, 3 cəbhədə fəaliyyət göstərməliyik: xəbərdar eməliyik, aşkarlamalıyıq və buna dərhal reaksiya verməliyik. Birincisi, biz, ümumiyyətlə, kondisiyası olmayan və ya saxta dərmanların pasiyentlərə çatdığını etiraf etməliyik. Biz, informasiya kampaniyalarını daha fəal keçirməli və bu təhlükə barədə ictimaiyyətə, həm də tibb mütəxəssislərinə car çəkməliyik. Biz, belə dərmanların hərəkət marşrutuna etibarlı nəzarəti təmin etməli və kənar «sızma»ların qarşısını almalıyıq. Bizə həm də normativ-hüquqi baza lazımdır ki, polis və gömrük əməkdaşlarına insanları qorumaq üçün vacib instrumentlər vermiş olsun. İkincisi, biz kondisiyasız və ya saxta dərman vasitələrini aşkarlamalıyıq. Bunun üçün - sərhəd-gömrük orqanlarının nəzarətini gücləndirmək, informasiya toplanması prosesini təkmilləşdirmək, yoxlamaların effektliliyini artırmaq, əlçatan laboratoriyaları genişləndirmək, yerlərdə istifadə üçün baxış-yoxlama aparatlarının sayının artırılması məqsədilə investisiya tələb olunur.

Üçüncüsü - biz, keyfiyyətsiz dərman vasitələrini aşkarlayarkən, onlar barədə məlumatları və şərhləri geniş yaymaq üçün cavab tədbirləri görməliyik; Bu zaman tənzimləmələri möhkəmlətməliyik; Hüquqi prosedurların transpartabelliyini yüksəltməliyik. Bütün bunları təmin etmək üçün bizə siyasi iradə və birgə işləmək lazımdır. Bu problem təkcə səhiyyə sektoruna aid deyil. O, həm də tənzimləyici orqanlarına, hüquq-mühafizə qüvvələrinə, gömrüyə, logistik və digər sferalara aiddir. Ancaq lazımdır ki, siyasi liderlər siyasəti konkret hərəkələrə çevirsinlər və bizə lazımi kadr və maliyyə resursları ayırsınlar. Belə maliyyələşmə - xərc deyil, investisiyadır; müəssisələri, bazarı, həm də sistemin bütövlüyünü qoruyur. Ancaq ilk növbədə, bu, insan kapitalına investisiyadır.

Günorta yeməyindən sonra mürgülüməyin faydaları hələ illər əvvəl müəyyən edilib. Bir çox Avropa ölkələrində günorta saatlarında iş yerləri müəyyən vaxt üçün bağlanır və insanlar yuxuya gedirlər. İşçilər bu cür qısa yuxulamanın ardından işlərinə daha enerjili davam edirlər. Amma təəssüf ki, bəzi ölkələrdə, o cümlədən də Azərbaycanda günorta yuxusu bir çoxları tərəfindən tənbəllik əlaməti kimi qəbul edilir. (Medicina.az)
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube