•  – Peter Pelleqrini Azərbaycanda: rəsmi səfər 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 
  •  – Özlərini apara bilməsələr..." - Deputatlara tətbiq edilən qadağalar genişləndirilir 

1,4 milyard insan bu xəstəliklərdən öləcək - Alimlərdən ŞOK AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (World Health Organization, WHO) son hesabatında vurğulanır ki, 1,4 milyard insan ürək-damar xəstəliklərindən, 2-ci tip diabetdən və xərçəngdən öləcəklər. Özü də onlar vaxtından əvvəl ölümün qurbanı olacaqlar.

Shefeq.az milli.az-a istinadən bildirir ki, bu bəlanın səbəbi insanlarda fiziki aktivlik səviyyəsinin daim aşağı düşməsidir.


ÜST ekspertləri 186 ölkədə 18 yaşı tamam olmuş 1,9 milyard insan arasında sorğu keçiriblər.

Bəlli olub ki, hər 3 qadından və hər 4 kişidən biri fiziki aktivliyin arzuolunan fəallıq səviyyəsini nümayiş etdirmir.

Bu səviyyə həftədə 150 dəqiqə mülayim intensivlikli və ya 70 dəqiqə yüksək intensivlik hərəkətlərdir.

Gəlirləri çox olmayan insanlar daha sağlamdır. Belə ki, Şərqi və Cənub-Şərqi Asiya, habelə Okeaniya ölkələrində respondentlərin 84 faizi aktiv həyat sürür. 55 ölkədə əhalinin 1/3 hissəsindən artıq süst həyat yaşayır. Ən süst yaşam tərzi Küveyt, Amerikan Samoası, Səudiyyə Ərəbistanı və İraqda müşahidə olunub.
Şikayətiniz varsa Whatsapp: 050 3422489 
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube