•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

"Necə deyim ki, açıq havada gəz, xərçəng xəstəliyindən uzaq qalacaqsan?!" - Rəşid Mahmudov

Son dövrlər xərçəng xəstəliyinin bu qədər yayılmasının səbəbi nədir?

Bununla bağlı BiG.AZ-a açıqlama verən Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov bildirib ki, bu gün xərçəng xəstəliyi cavanlaşır: “Təəssüf ki, bu gün gənclərimiz də bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyin yaranma səbəbi hələ də bəlli deyil. Bunu yediyimiz qidalardan, içdiyimiz sudan, hətta hava ilə əlaqələndirənlər də var. Xərçəngin əmələ gəlməsi ilə bağlı 400 nəzəriyyə var. Heç biri də bir-birinin nəzəriyyəsini bəyənmir. Hər boş kəllədən bir cümlə çıxır. Çox güman ki, tezliklə xərçəngin müalicəsi tapılacaq. Bu xəstəliyin yaranma səbəbi bilinmədiyi üçün yalan bir söz demək haqqımız yoxdur. Mən yalandan necə deyim ki, açıq havada gəz, bu xəstəlikdən uzaq qalacaqsan. Bu xəstəliyin ekologiyadanmı, qidalardanmı yarandığını bilmirik”. 


Qeyd edək ki, 2017-ci ildə 11 192 nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib. Əhalinin hər 100 000 nəfərinə hesabı ilə bu göstərici 115 nəfər təşkil edib. 2018-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 468 nəfər olub. Ötən il ərzində 5 777 nəfər kişidə, 5 415 nəfər qadında bədxassəli şiş aşkarlanıb.

Qadınlar arasında süd vəzinin, uşaqlıq boynunun, yumurtalığın, mədənin, uşaqlıq cisminin, kişilər arasında isə traxeya, bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların, prostat vəzinin, sidik kisəsinin, eləcə də çənbər bağırsağın bədxassəli şişlərlə xəstələnmə halları daha çox olub.

Keçən il qadınların 33,8 faizində süd vəzinin, kişilərin 20,5 faizində traxeya, bronx və ağciyərin bədxassəli şişi aşkarlanıb.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube